Premyer-liqa
“Qarabağ”dan 18-ci titul: Rekord təkrarlandı
Misli Premyer Liqasının 2022/23 mövsümünün çempionu olan “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu 10-cu dəfə ölkə çempionatının qızıl medallarını qazanıb. “Ağ-göylər” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində də bu titulu əldə edib.
“Qarabağ”ın hesabında 7 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022) və 1 Superkubok (1993) da var.
Ağdamlılar bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıb. “Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu 9 çempionluq, 6 kubok, 2 Superkubok və 1 “Birlik kuboku” qazanıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”