Ölkə futbolu
“Qarabağ”dan ayrıldı, Polşa çempionatının autsayderi ilə anlaşdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirməyə çox yaxındır. 28 yaşlı müdafiəçi LKS (Lodz) komandasında çıxış edə bilər.
“Weszlo” nəşrinin yazdığına görə, keçid tezliklə açıqlanacaq. Mərkəz müdafiəçis ağdamlılarla vidalaşaraq Polşaya yollanıb.
“Neftçi”nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır. O, əsas heyətə düşməkdə çətinlik çəksə də, milli komandanın son matçlarında əla çıxışı ilə yadda qalıb. Çox güman ki, polşalıların diqqətini də yığmadakı oyunu ilə çəkib.
LKS hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-14 15:00
“Qarabağ”ın qapıçısı zədələndi – 8 ay futboldan uzaq qalacaq
- AÇ-20242024-07-15 01:00
İspaniya yığması dördüncü dəfə Avropa çempionu oldu