Premyer-liqa
“Qarabağ”dan azarkeşlərə bayram hədiyyəsi
“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu gün keçiriləcək “Qarabağ” – “Zirə” oyununa girişi pulsuz edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu oyuna bilet almış azarkeşlər növbəti ev oyunu – “Qəbələ” ilə matçda həmin biletdən istifadə edə biləcəklər.
Bugünkü qarşılaşma üçün isə yalnız VIP biletlər satışda olacaq.
Xatırladaq ki, Premyer Liqanın 31-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Zirə” oyununa saat 20:00-da start veriləcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var