Dünya futbolu
“Qarabağ”ın rəqibi cəzalandı

Belçika Futbol Assosiasiyası “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent”i cərimələyib.
Futbolinfo.az xəbər verir ki, buna sözügedən komandanın azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan “Brügge” ilə ev oyunundakı (2:0) davranışları səbəb olub.
Klub fanatların sözügedən qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi üzündən 1500 avro ziyana düşüb. Bundan başqa, “Gent”ə şərti cəza da verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi “Gelamko Arena”nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.
“Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə ayın 23-də Gentdə keçirəcək.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Digər idman növləri2023-03-30 13:40
Triatlon Federasiyasında yeni prezident