Ölkə futbolu
“Qarabağ”ın rəqibi uduzdu, baş məşqçi klub rəhbərliyini tənqid etdi

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Belçikanın “Gent” komandası ölkə çempionatında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 24-cü tur çərçivəsində doğma meydanda “Genk”lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
Bu nəticədən sonra 38 xalı olan “Gent” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, “Gent”in baş məşqçisi Heyn Vanhazebrukla klub rəhbərliyi arasında qalmaqal baş verib. 59 yaşlı “Genk”lə matçdan sonra keçirilən mətbuat konfransında klubun transfer siyasətini tənqid edib. O, əlindəki oyunçuların hazırkı səviyyəyə hazır olmadıqlarını bildirib:
“Yalnız Fofana və Salah istisnadır. “Genk”lə aradakı fərq də məhz budur. Onlar hər il keyfiyyətli futbolçular alırlar, hətta bizdən gedən oyunçuları da götürə bilirlər. Biz isə futbolçuları menecerlər vasitəsilə almalıyıq. Sonra isə fəxrlə deyə bilərik ki, Haiti və İordaniyadan bir oyunçu almışıq”.
“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

- Ölkə futbolu2023-03-16 23:08
“Turan Tovuz” Panama millisinin oyunçusunu gətirir
- Ölkə futbolu2023-03-17 12:08
Letiç: “Qarabağ” dəvət göndərsə, buna klub qərar verəcək”
- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Milli komanda2023-03-17 09:34
Elvin üçün rəqibin kimliyinin fərqi yoxdur