Dünya futbolu
Qarnaço ilə yeni müqavilə
Alexandro Qarnaço “Mançester Yunayted”də qalacaq. Gənc cinah hücumçusu klubu ilə yeni beşillik müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, imza mərasimdən sonra Qarnaço təəssüratlarını bölüşüb: “Məni hər addımda dəstəkləyən ailəmlə birlikdə bu anları yaşadığım üçün çox xoşbəxtəm. Qürurlu və duyğuluyam. Klub rəhbərliyi və məşqçilər inkişafım üçün hər zaman dəstək oldu. Mən də bunun qarşılığını verməyə çalışacağam”.
18 yaşlı Argentina əsilli ispaniyalı Madrid “Atletiko”sunda yetişsə də, 2 ildir İngiltərə klubuna keçib. Onun “Real”a transferi haqda söhbətlər gəzirdi. “Mançester Yunayted” müqavilə müddətini artırmaqla söz-söhbətə birdəfəlik nöqtə qoydu.