Digər idman növləri
“Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”
“Göstərdiyimiz oyun və qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”.
Futbolinfo.az xəbər verir ki, bunu “Xırdalan”ın oyunçusu Nəcəf Babayev “Sumqayıt”a 100:90 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XI tur oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Topladığı 21 xalla görüşün qəhrəmanlarından olan N.Babayev bu performansına görə sevindiyini söyləyib: “Oyun çox gərgin və yüksək tempdə keçdi. Rəqib yaxşı çıxış etdi. Biz də komanda oyunu nümayiş etdirdik. Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam”.
Hazırda “Xırdalan” 17 xalla beşinci, “Sumqayıt” isə 14 xalla səkkizinci pillədə qərarlaşır.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”