Bizi izləyin

Müsahibə

“Qısa müddətdə ən yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm”

blank
blank

AFFA Hakimlər Komitəsinin sədi Barış Şimşek affa.az saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Təxminən 6 illik fasilədən sonra hakimlərin ölkə xaricində təlim-məşq toplanışı təşkil olundu. Komitə sədri kimi toplanışı necə qiymətləndirirsiniz, hər şey istədiyiniz kimi alındı?
– Çox faydalı təlim-məşq toplanışı oldu. Toplanışın əsas məqsədi qış fasiləsindən sonra keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaqdır. Nəzəri məşğələləri keçən təlimçilər peşələrində ən yaxşı olanlar idi. Həm nəzəri məşqlər, həm fiziki hazırlıq, həm də hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından çox faydalı oldu. Çətin olacağını düşündüyümüz üçüncü, dördüncü dövrənin oyunlarından əvvəl bizə hərtərəfli xeyiri dəyəcək hazırlıq keçdik. Toplanışın yüksək səviyyədə təşkilinə görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.
– Hər kəsdə ən çox sual doğuran məsələ hakimlərimizin bu dəfə Antalyada yoxlama oyunlarını idarə etməməsi oldu. Bunun səbəbi nə idi?
– Təşkilati səbəblərdən hakimlərin oyun idarə etməsi mümkün olmadı. Təbii ki, alınsaydı, bunun faydalı tərəfləri də ola bilərdi. Amma təlim-məşq toplanışında əsas məqsədimiz hakimlərimizin matç idarə etməsi deyildi. Bu mənim şəxsi düşüncəmdir, razılaşmayanlar da ola bilər. Digər fikirlərə də hörmətlə yanaşıram. Adından da anlaşıldığı kimi əsas məqsəd təlim və məşq keçmək idi. Bizim əsas məqsədimiz hakimlərimizi texniki və fiziki olaraq çempionatın üçüncü və dördüncü dövrələrinə hazırlamaqdır. Hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından toplanışın çox faydaları oldu.
Yoxlama oyunları idarə etməyə gəlincə sizə bir misal çəkim.Toplanışa Avropadan nüfuzlu mütəxəssis dəvət edirsən, onun təlim keçidiyi müddətdə 8 hakimi prossesdən ayırıb oyunlara təyin edirsiniz. Bu doğru deyil. Amma bir az öncə vurğuladığım kimi subyektiv yanaşmadır, fərqli fikirdə olanlar da ola bilər.
– Toplanışa məşhur italiyalı Matteo Trefoloni də cəlb olunmuşdu. Onun fəaliyyəti nədən ibarət oldu, hakimlərimiz ondan nə öyrənə bildilər?
– Trefolonidən başqa, bizim köməkçi hakim təlimçimiz Tarık Ongun və mənəvi-psixoloji dəstək mövzusunda professor doktor Turgay Biçer toplanış ərzində bizimlə birlikdə oldular, öz sahələri üzrə təlim keçdilər. Müxtəlif mövzular üzərindən həm UEFA-nın bizə göndərdiyi, həm də Misli Premyer Liqasından hazırladığımız epizodları izlədik, incələdik. Mənəvi-psixoloji dəstəkdən başqa,  təxminən 25-ə yaxın texniki seans gerçəkləşdirdik. Bunun yarısını Matteo Trefoloni, qalanını isə Tarık Ongunla mən birlikdə həyata keçirdik. Bundan əlavə, Turgay Biçerin rəhbərliyi altında rabitə, komanda ruhu yaratmaq, liderlik, çətinliklərlə mübarizə aparmaq və s. mövzularda seminarlar təşkil etdik.
– VAR-la bağlı seminarlar oldumu?
– Bəli. Seminarı mən keçirdim. Epizodları izləyərək interaktiv, qarşılıqlı müzakirə şəklində bir neçə seansımız oldu.
– Təlim-məşq toplanışı ərzində hakimlərdə ən çox nəyin istənilən səviyyədə olmadığını müşahidə etdiniz?
– UEFA ilə sıx əlaqədəyik. Onların təlimatları çərçivəsində işimizi qururuq. Bizə təqdim olunan təlimatları ən yüksək səviyyədə hakimlərimizə aşılamağa çalışırıq. UEFA-nın bizə göndərdiyi yeni materiallar əsasında təlim-məşq toplanışı keçirdik. Hər hansı çatışmazlığın olduğunu düşünmürəm. Hakimlərimiz seminar ərzində keçdiklərimiz təlimləri mənimsədilər. Nəzəriyyəni yaxşı bilməklə, onu meydanda tətbiq etmək hər zaman uğurlu alınmır. Təbii ki, bunu hər hakimə şamil etmək olmaz. Zatən, nəzəriyyəni tam şəkildə tətbiq etsək, hakim səhvləri olmaz. Əsas çatışmazlıq kimi bunu qeyd edə bilərəm.
– Sizcə, hakimlər çempionatın qalan hissəsinə nə dərəcədə hazırdırlar?
– Məncə, mümkün olan ən yüksək səviyyədə hazırdırlar. Toplanış ərzində həm biz bütün bilik və bacarığımızı onlara aşılamağa çalışdıq, həm də onlar ən yaxşı şəkildə mənimsəməyə səy göstərdilər. Belə qısa müddətdə yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm.
Qış fasiləsinədək hakimlərin yaxşı performans nümayiş etdirdikləri fikrindəyəm. Çempionatın qalan oyunlarında daha yaxşı olmağa, ən pis halda əvvəlki kimi performansı qoruyacağımıza inanıram.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-14 00:41

“Kocaelispor” Şeydayevin ayrılığını rəsmən açıqladı

blank
Digər idman növləri2024-07-14 00:13

AÇ: Yığmamız mübarizəni dayandırdı

blank
Ölkə futbolu2024-07-13 23:13

“Sumqayıt”da monteneqrolu hücumçu

blank
Ölkə futbolu2024-07-13 23:00

“Sabah”dan Sloveniyada növbəti heç-heçə

blank
Ölkə futbolu2024-07-13 22:35

“Turan Tovuz” Türkiyəyə yollanacaq

blank
Ölkə futbolu2024-07-13 21:21

“Zirə” – “Şerif” oyununun biletləri satışa çıxarılrır

blank
Ölkə futbolu2024-07-13 21:00

“Neftçi” qələbə ilə başladı

blank
Ölkə futbolu2024-07-13 20:42

“Kəpəz” malili hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2024-07-13 20:29

“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

blank
Digər idman növləri2024-07-13 20:04

Millimiz finala yüksəldi

blank
Dünya futbolu2024-07-13 19:40

“Beşiktaş”da italiyalı hücumçu

blank
Dünya futbolu2024-07-13 19:20

Fransa millisinin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

blank
Digər idman növləri2024-07-13 19:00

MBA tarixinin ən böyük güzəşti

blank
Ölkə futbolu2024-07-13 18:41

“Sumqayıt”ın rəqibi yoxlama görüşündə qələbə qazandı

blank
Digər idman növləri2024-07-13 18:20

AÇ: Millimizdən növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-07-13 18:00

“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç

blank
AÇ-20242024-07-13 17:38

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

blank
Digər idman növləri2024-07-13 17:19

Lebronun oğlu ilk oyunda cəmi 8 xal topladı

blank
Dünya futbolu2024-07-13 17:00

“Roma”dan yeni transfer

blank
Digər idman növləri2024-07-13 16:46

Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı

blank
Dünya futbolu2024-07-13 16:30

“Mançester Siti” hücumçusunu satdı

blank
Ölkə futbolu2024-07-13 16:11

“Sumqayıt”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-13 15:49

“Çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-13 15:12

“Kəpəz” hazırlığın növbəti mərhələsinə start verib

blank
Dünya futbolu2024-07-13 14:44

“Napoli”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-13 14:15

“İnter”də ilk iranlı hücumçu

blank
Digər idman növləri2024-07-13 13:46

Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar

blank
Dünya futbolu2024-07-13 13:17

Fransalı sabiq futbolçuya 12 aylıq şərti həbs cəzası

blank
Ölkə futbolu2024-07-13 12:48

“Səbail” Türkiyə klubuna qarşı

blank
Ölkə futbolu2024-07-13 12:19

“Sabah”ın Sloveniyada üçüncü sınağı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm