Bizi izləyin

Müsahibə

Rəşad Sadiqov əcnəbi məşqçi istəmir: “Azərbaycanda futbolçu qıtlığı pik həddə çatıb”

blank
blank

“Qarabağ” akademiyasında məşqçi kimi fəaliyyətə başlayan, Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadiqovun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə “Qarabağ”ın akademiyasında işləməyinizdən başlayaq. Adətən məşqçilər uşaq futbolunda işləməyə çox da həvəs göstərmirlər. Necə oldu ki, təklifi qəbul etdiniz?

– Açığı, bu dəqiqə köhnə futbolçulardan çoxu çalışır ki, akademiyalarda işləsin və təcrübəsini artırsın. Bu işə başlayan hər adam birdən-birə yüksək dəstədə məşqçi ola bilmir. Akademiyadan başlamaq lazımdır ki, təcrübə toplayasan, öyrənəsən. Buna görə də gələn təklifi müsbət cavablandırdım.

– “Qarabağ”ın əsas komandası son 15 ildəki nəticələri, uğurları ilə yaxşı mənada seçilib. Ancaq eyni sözləri klubun akademiyası haqda demək olmur. Bu illərdə “Qarabağ”ın akademiyasından əsas komandaya az sayda futbolçu gəlib. Aftandil Hacıyevin təyinatından, sizin oraya gəlişinizdən sonra akademiyada inkişafın olacağına inanırsınızmı?

– 2008-2009-cu illərdən “Qarabağ”ın irəliləyişi hiss olunmağa başladı. Komanda əvvəlcə bir neçə il avrokubokların pley-offuna yüksəldi, sonra Avropa Liqasının, daha sonra isə Çempionlar Liqasının qrupunda oynadı. Bunun fonunda akademiyanın bərbad olduğunu deməzdim. O dönəmləri görməmişəm və kiminsə akademiya haqda pis danışdığını da eşitməmişəm. Hazırda özüm akademiyada işləyirəm və görürəm ki, nəsə lazım olanda rəhbərlik həmin şəraiti yaradır. Bəlkə də mən indi akademiyanın daha yaxşı vaxtına düşmüşəm. İnsan gördüyünü deyər. Akademiyaya Aftandil müəllimi rəhbər qoyublar. Hazırda burada çalışan hər birimiz əlimizdən gələni edirik. İnşallah, gələcəkdə “Qarabağ”ın akademiyası daha yaxşı olacaq.

– Yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikanı qəbul edəcək. Sürpriz nəticəyə ümid edirsinizmi?

– Belçika millisini hamımız yaxşı tanıyırıq, hansı heyətə sahib olduqlarını da bilirik. Bu oyunda yığmamızdan yaxşı nəticə gözləmək bir az absurd olar. Nəinki məndən, bütün futbol ictimaiyyətindən soruşsanız, hamı bugünkü qarşılaşmada sürpriz nəticə gözləmədiyini deyər. Çünki Belçika seçmə mərhələlərdə yer aldığı qrupun birincisi olmağa can atan komandadır. Onların Avropa və dünya çempionatlarında necə oynadığını yaxşı bilirik. Rəqib ortabab komanda olsaydı, nəyəsə ümid edə bilərdik. Düzdür, əvvəlki illərdə Azərbaycan yığması hər seçmə mərhələdə hansısa güclü yığmadan xal və ya xallar ala bilib. Arzulayardım ki, nə qədər çətin görünsə də, Belçika ilə matçda da belə hal yaşansın.

– Baş məşqçi Canni de Byazinin millimizdəki fəaliyyəti haqda nə deyə bilərsiniz? “Onunla yollar çoxdan ayrılmalıydı” fikri ilə razısızmı?

– Nəinki mən, bütün futbol ictimaiyyəti, Azərbaycan futbolunu bilən kəslər yəqin ki, Canni de Byazinin işindən narazıdır. Razı qalmağımız üçün nəticə olmalıdır. Əgər nəticə yoxdursa, deməli, onun fəaliyyətindən razı adam tapa bilməzsiniz. Son illərdə nəticələrimiz, həqiqətən də, zəifdir.

– De Byazi müsahibələrində Azərbaycanda futbolçu qıtlığının olmasından şikayətlənir. Halbuki hazırkı heyəti millinin son illərdəki ən yaxşı heyəti adlandıranlar da var. De Byazi dediyində haqlıdır, ya yox?

– Açığı, Canni de Byazi həqiqəti deyir. Azərbaycanda futbolçu qıtlığı hazırda pik həddə çatıb. Deyirlər ki, bir neçə futbolçumuz ölkə xaricində çıxış edir və bu, millinin ən yaxşı heyətidir. Mən belə düşünənlərlə razı deyiləm. Bəlkə də Azərbaycan yığmasının bütün tarixi ərzində ən zəif heyətlərindən biridir. Əvvəllər 3-5 ildən bir millimizdə sözünü deyən, xarakterli futbolçular olurdu, digərləri ona qulaq asırdı, dediklərini edirdi. Bu, çox önəmli məqamdır. İndiki heyətdən o xarakterdə kimi göstərə bilərsiniz? Hazırda elə futbolçumuz var ki, meydanda və meydandan kənarda komanda yoldaşları onun dediklərini etsinlər? Göründüyü kimi, hərə öz bildiyini, istədiyini edir.

– Millinin baş məşqçi postunda yerli mütəxəssis olmalıdır, ya başqa əcnəbi məşqçi gətirilməlidir?

– Əcnəbinin baş məşqçi olmasının millimizə heç bir faydası yoxdur. Başqa xarici mütəxəssis gətirsələr, bu, yalnız reklam xarakterli bir şey olacaq. Görürük ki, yığmamız qrupda xal almaqda zülm çəkir. Belə olan halda əcnəbiyə nə ehtiyac var? Millimizi gənc və ya təcrübəli yerli mütəxəssis çalışdırsa, nəticə bundan yaxşı olacaq ki, pis olmayacaq. Mən yığmanın baş məşqçi postuna yerli məşqçini daha uyğun görürəm. Amma buna biz yox, AFFA qərar verir.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2023-09-09 13:00

Rəşad Sadiqov əcnəbi məşqçi istəmir: “Azərbaycanda futbolçu qıtlığı pik həddə çatıb”

blank
Milli komanda2023-09-09 12:32

De Byazi 3 futbolçuya Belçika ilə oyunda ehtiyac duymadı

blank
Ölkə futbolu2023-09-09 12:16

“Qarabağ” qrup oyunları üçün yekun iştirak ərizəsini açıqladı

blank
Digər idman növləri2023-09-09 11:53

“US Open”də finalçılar məlum oldu

blank
Müsahibə2023-09-09 11:32

Sayef belçikalılara hər şeydən danışdı: “Burada hətta mafiya da yoxdur”

blank
Dünya futbolu2023-09-09 10:58

Braziliya millisindən yeni rekord

blank
Dünya futbolu2023-09-09 09:37

7,36 milyard dollarlıq bazarlıq: almanlar hamıdan çox qazanıb

blank
Dünya futbolu2023-09-09 09:00

Azarkeşlərə görə “Sabah”ı yox, “Aris”i seçdi

blank
Dünya futbolu2023-09-09 08:31

AÇ-2024: İngiltərə Ukraynaya, İtaliya Şimali Makedoniyaya qarşı

blank
Milli komanda2023-09-09 08:12

Millimiz Belçikaya qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2023-09-09 00:56

Türkiyə millisi xal itirdi, İspaniya və Xorvatiya darmadağına sevindi

blank
Digər idman növləri2023-09-09 00:19

“Sabah” Serbiya klubuna uduzdu

blank
Digər idman növləri2023-09-08 23:03

Azərbaycanın 2 cüdoçusu Avropa üçüncüsü oldu

blank
Ölkə futbolu2023-09-08 22:33

ÇL: “Zirə” yarımfinala çıxdı, “Birbaşa Bakı” dayandı

blank
Digər idman növləri2023-09-08 22:01

Millimizin üzvləri Şəkidə uşaq və yeniyetmə idmançılarla görüşdülər

blank
Digər idman növləri2023-09-08 21:40

Azərbaycan güləşçilərindən Rumıniyada 3 medal

blank
Ölkə futbolu2023-09-08 21:03

“Kəpəz” “Zaqatala”ya qalib gəldi

blank
Ölkə futbolu2023-09-08 20:13

“Şamaxı” Türkmənistan klubuna darmadağınla qalib gəldi

blank
Dünya futbolu2023-09-08 19:50

Rodri narahatdır: “Avropa futbolu uduzur”

blank
Dünya futbolu2023-09-08 19:35

Menyanla yeni müqavilə üçün danışıqlar başladı

blank
Müsahibə2023-09-08 19:14

Vidadi Rzayev: “Yığmaya milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək lazım deyil”

blank
Digər idman növləri2023-09-08 18:55

ABŞ finalda olmayacaq

blank
Digər idman növləri2023-09-08 18:38

Ən sürətli texnologiya hansıdır?

blank
Milli komanda2023-09-08 18:22

“Yaxşı nəticə ilə xalqımızı sevindirmək niyyətindəyik”

blank
Ölkə futbolu2023-09-08 18:10

“Neftçi” bu il də çempion olmasa…

blank
Milli komanda2023-09-08 18:04

“Cəsarətli olmalıyıq” – Canni De Byazi

blank
Dünya futbolu2023-09-08 17:55

Mutunu “Qalatasaray”ın əfsanəsi əvəzlədi

blank
Digər idman növləri2023-09-08 17:40

Azərbaycan qran-prisini qazanan pilot əlindəki tikişləri göstərdi

blank
Ölkə futbolu2023-09-08 17:25

Yoxlama oyununun başlama saatı məlum oldu

blank
Milli komanda2023-09-08 17:11

Sayef belçikalılara “Dalğa Arena”nın yararsız durumundan danışdı

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

Facebook

Gündəm