Dünya futbolu
Rabyo “Bayern”in hədəfində
Yeni mövsümün planlarını cızan “Bayern” bir sıra futbolçularla danışıq aparır. Onlar arasında ilk sırada Adrian Rabyonun adı var.
Futbolinfo.az xəbər verir ki, münhenlilər yayda “Barselona”ya keçmək istəyən Josua Kimmixi məhz fransız dayaq yarımmüdafiəçi ilə əvəzləmək niyyətindədir. İngiltərə klublarının da maraq göstərdiyi futbolçunun anası meneceri olduğu oğlunun “Yuventus”da qalmaq variantını da müzakirə edir.
29 yaşlı futbolçu 2019-cu ildə PSJ-dən Turin klubuna keçib. O, Fransa təmsilçisini də azad agent kimi tərk etmişdi. “Bayern” də Rabioya görə transfer haqqı ödəməyəcəyindən bu keçidin reallaşmasında israrlıdır.
- Ölkə futbolu2024-07-24 02:35
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-24 08:52
“Neftçi” onun üçün 500 min dollar təklif edib
- Ölkə futbolu2024-07-24 09:24
“Qarabağ” “Qalatasaray”ı ötdü – avrokubokun son 10 ilinə görə
- Ölkə futbolu2024-07-24 08:17
“Neftçi”nin hədəfindəki futbolçu: “Gələcəyimdən əmin deyiləm”