Bizi izləyin

Ölkə futbolu

Ramilin Türkiyədə növbəti cəhdi

blank
blank

Son vaxtlar futbolçularımızın legioner həyatı yaşamaq üçün xaricə üz tutması adi hal alıb. Doğrudur, biz qədim hunlardakı kimi “xalqların böyük köçü” prosesindən kənarda qalmışıq.

Çox uzağa getmədən Qafqazdakı iki qonşumuzun futbolçularının legionerlərinin sayına baxaq. Yəni, biz hələ onlardan çox geridəyik. Xüsusən də Gürcüstan millisində demək olar ki, yerli klubun oyunçularına ehtiyac duyulmur. Amma bunun da öz obyektiv və subyektiv səbəbləri var.

Söhbəti uzatmadan bunu deyək ki, Gürcüstanda klub futboluna çox pul xərclənmədiyinə görə, onların “Qarabağ” kimi komandası yoxdur. Belə bir komanda olmadığına görə də oyunçular kənara çıxır. Amma bu, yenə də tendensiyanı dəyişmir. Amma gürcülər özlərini sübut etmək üçün xaricə qaçırsa, bizimkilərin artıq legioner həyatı yaşaması sırf uğurla əlaqədardır. Yəni, “Qarabağ”ın Avropada inamlı çıxışı burada oynayan futbolçulara tələbatı artırıb. Bu tələbat nəticəsində ölkəmizi tərk edən oyunçulardan biri də Ramil Şeydayevdir.

Doğrudur, bu futbolçu Azərbaycana gələnə qədər artıq məşhur idi. Bunu yenidən təkrarlamağa lüzum yoxdur. Amma istənilən halda, Ramil dünən Taylanda pula görə üz tutub bu gün “Kocaelispor”a keçirsə, burada “Qarabağ”ın böyük rolu var. Ağdam klubu futbolçu konveyrinə çevrildikdən sonra müntəzəm olaraq buradan sözün yaxşı mənasında məhsullar çıxır. Təbii ki, buradan gedən nəinki yerli, hətta legionerlər belə ümidləri doğrultmur. Məsələn, biz tərəfdən Mahir Emrelinin, legionerlər tərəfdən Kadi Borgesin yeni komandalarında hoqqa çıxartdığını demək olmaz. Nə indi Mahir “Dinamo”da xoşbəxtdir, nə də Kadi Krasnodarda. Heç Şeydayev də Taylandda əlini bala batırmadı.

Bəs görəsən, Ramil “Kocaelispor”da uğur qazana biləcəkmi? Təbii ki, bunu zaman göstərəcək. Amma şəraiti nəzərə alıb fikir yürütmək olar.

Əvvəla onu qeyd edək ki, bugünə qədər “Kocaelispor”da Rəşad Sadıqov da çıxış edib. Amma 2008/09 mövsümündə bu klubda top qovan sabiq müdafiəçimiz cəmi 16 oyunda meydana çıxıb və fərqlənə bilməyib. Bir sözlə, Sadıqov körfəz klubunda tam olaraq ümidləri doğrultmadı. Rəşad heç “Əskişəhərspor”da da xoş təsir bağışlamadı.

Şeydayevin də Türkiyədən danışa biləcəyi nəsə var. Məsələ ondadır ki, millimizin futbolçusu 2016-18-ci illərdə “Trabzonspor”a məxsus olub. Bu klubda Ramil cəmi 1 matçda meydana çıxıb. Həmin dönəmdə Şeydayev icarə əsasında “Jilina” və “Qarabağ”da çıxış edib. Əslində, o illərdə gənc Şeydayevin AFFA tərəfindən yoldan çıxarılaraq Rusiyadan qaçırıldığını hamımız yaxşı bilirik. O illərdə də Ramil bərq vururdu, amma cilalanmamışdı. “Zenit” məktəbindən istedadlı bir oyunçu kimi çıxsa da, təcrübəsizlikdən əziyyət çəkirdi. Amma hazırkı Ramil tam fərqli səviyyəyə yüksəlib. Bunda isə Qurban Qurbanovun böyük rolu olub. Ona görə də indiki vəziyyətdə onun I Liqa təmsilçisi “Kocaelispor”a üz tutmasını anlamaq olmur. Halbuki, “Buriram Yunayted”ə üz tutmamışdan əvvəl Ramilin xidmətində Türkiyə Super Liqası və Rusiya Preymer Liqası klubları maraqlı idi. Taylandda itirilən 6 ay onu bu qədər dala sala bilməzdi.

Əslində, problem heç də Türkiyə I Liqasının “sivilizasiyadan kənar” bir liqa olmasından getmir. Problem həm də “Kocaelispor”un özündədir. Bu klubun tarixinə nəzər salsaq, yetərincə enişli-çıxışlı dönəmlərin yaşadığını görərik. 1966-cı ilin aprelin 24-də yaranan 57 illik bir klubun tarixi ərzində cəmi 20 mövsüm Türkiyə Super Liqasında oynaması elə də pis göstərici deyil. Amma “ağ-yaşıllar” elitada yerini itirdikdən sonra heç də I divizionda vaxt itirməyib. Tarixin müxtəlif dönəmlərində bu komanda II, III və hətta həvəskar divizionlara düşüb. Bunlar da təkcə bərbad nəticələrə görə olmayıb. “Kocaelispor” müəyyən vaxtlar hətta futbolçularının məvaciblərini və transfer öhdəliklərini ödəyə bilmədiklərinə görə federasiya tərəfindən cəzalandırılıb. Klubun müflis elan olunduğu zamanlar da olub. Hətta bu komanda 1986/87 mövsümündə “Bursaspor”la danışılmış oyuna görə də cəzalanmış və aşağı liqaya yuvarlanmışdı. Bir sözlə, bəlanın bütün mərhələlərini və cəzanın hər bir növünü yaşayan klubdan danışırıq.

Komandanın yaxşı dövrləri də olub. İlk dəfə 1980-ci ildə Türkiyə Super Liqasında debüt edən bu klub 8 il burada var-gəl etdikdən sonra aşağı liqaya düşüb. “Kocaelispor” ikinci dəfə 1992-ci ildə elitaya yüksəlib və bu dəfə 2003-cü ilə qədər orada “yubanıb”. 3-cü səfər isə 2008/09 mövsümünə təsadüf edb ki, bu dəfə körfəz təmsilçisi yüksəl liqada yalnız 1 il qalıb. O tarixdən bəri Superliqanı tərk edən “Kocaelispor” “evdən çıxmış və bir daha geri qayıtmamışdır”. Təsadüfi deyil ki, həmin hadisədən 5 il sonra, yəni 2014-cü ildə “Kocaelispor” fanatları komandalarını həvəskar liqada dəstəkləməli olmuşdu. Ən aşağı divizionda bu komanda 2 il vaxt keçirmiş və sonradan pillə-pillə yuxarı qalxmışdı.

“Kocaelispor”un əsas uğurları kimi 2 dəfə Türkiyə Kubokunu qazanmasını göstərmək olar. 1996/97 və 2001/02 mövsümündə “ağ-yaşıllar” ölkənin nüfuzuna görə ikinci böyük turnirinin qalibi olmaqla sözün yaxşı mənasında hamını şoka sala bilmişdi. Bu komanda tarixi ərzində avrokuboklarda 11 müxtəlif rəqiblə də qarşılaşıb. İlk dəfə 1993/94 mövsümündə UEFA Kubokubda debüt edən “yaşıl-qaralar” ilk mərhələdəcə “Sportinq”ə uduzub mübarizəni dayandırmışdı.  İlk mərhələ adladığı dövr isə 1997/98 mövsümünə təsadüf edib. Həmin vaxtlar Kuboklar Kubokunda ilk mərhələdə Buxarestin “Nasional” klubunu yarışdan kənarlaşdırmışdılar. Sonuncu çıxışları isə 2002/03 mövsümünə təsadüf edir. 22 il əvvəl “Kocaelispor” UEFA Kubokunun ilk mərhələsində hər iki oyunda “Ferentsvaroş”a uduzmuşdu.

Körfəz təmsilçisinin Super Liqada ən yaxşı göstəricilərinə gəlincə, bu komandanın maksimum göstəricisi 1992/93 mövsümündə 4-cü yer olub. 1998/99 mövsümündə isə 5-ci yerlə kifayətlənməli olub.

Şeydayevin bir üzvünə çevrildiyi klubun son illərdəki çıxışından danışmalı olsaq, son 3-4 il ərzində divizionları yuxarı qalxmaqla yüksəlişdə olduqlarını göstəriblər.  Həvəskar Liqaya düşdükdən sonra klubun prezidentliyinə keçən Bahri Yavuz böhrandan çıxmaq üçün müəyyən addımlar atdı. Ondan sonra bu uğurlu strategiyanı Hüseyn Üzülmez davam etdirdi. Son 3 ildə isə “Kocaelispor” Engin Koyun idarə edir. Doğrudur, komanda inkişaf yolunda olsa da, tez-tez məşqçi dəyişiklikləri yaşanır. Son illər bu komandanı Mustafa Raşit Akçay və Mehmet Altıparmak kimi mütəxəssislər çalışdırıb. Ötən ildən isə Ertoğrul Sağlam “Kocaelispor”da əsas söz sahibidir. O Sağlam ki, yuxarıda qeyd etdiyimiz kimi, Rəşad Sadıqov da “Kayserispor” onun başçılığı altında oynayıb.

I diviziona yüksələn kimi komandanın “sükanı arxasına” gətirilən Sağlam dərhal sürət yığaraq Superliqaya vəsiqə qazanmaları üçün müəyyən işlər gördü. Mövsümün debütantı kimi 3-cü pillədə qərarlaşmaq çox yaxşı göstəricidir.

Qeyd edək ki, I divizionda ilk iki pilləni tutan komanda birbaşa elitaya vəsiqə qazanır. Hazırda “Kocaelispor” 18 turdan sonra lider “Eyüpspor”dan 12 xal geridədir. Bu fərqi aradan qaldıracaqları elə də inandırıcı görünmür. Hər halda, 18 oyundan 15-də qalib gələn liderin ikinci dövrədə bu qədər eniş yaşayacağına heç kim inanmır. Amma körfəz təmsilçisi qarşıdakı turda 2-ci yerə yüksələ bilər. Çünki ikinci pillədə qərarlaşan “Göztəpə”dən 2 xal geridədir.

Bu, məsələnin yaxşı tərəfidir. Pis tərəfi ondan ibarətdir ki, çempionatda 7-ci yerdə gedən “Bandırmaspor” Şeydayevin komandasından 3 xal geridədir. Elə Superliqaya yüksəlmək üçün pley-offda 3-7-ci yeri tutan komandalar mübarizə aparacaq. Bir sözlə, ilin ikinci yarısında “Kocaelispor” “dişə-diş, qana-qan” prinsipi ilə mübarizə aparacaq. Komanda hər oyuna final ab-havası ilə çıxacaq.

Ramilin hücumda oynadığını nəzərə alsaq, çıxış edəcəyi komandanın hücum potensialına da nəzər salmaq pis olmazdı. Hazırda 30 qol vuran “yaşıl-qaralar” I divizionda bu göstəricidə lider “Eyüpspor” və 6-cı yeri tutan “Çorum”dan geridə qalır. Bəli, millimizin üzvü məhsuldar oyun sərgiləyən komandanın sıralarına qoşulub. Özü də burada onu komandanın formada olan oyunçuları ilə gərgin rəqabət gözləyir.  Bu komandanın hücum xəttində 8 qolla ən məhsuldar oyunçuları Duqlas Tanke oynayır. Doğrudur, milliləşdirilmiş braziliyalı mərkəz hücumçusu olduğuna görə Şeydayevin əsas rəqibi deyil. Adətən cinahlarda oynadığına görə millimizin üzvü Georgi Beridze, sağda Barış Alıcı ilə mübarizə aparacaq.

Gürcüstan millisində 8 oyunda 1 qol vuran Beridze ötən mövsüm “Ankaragücü”ndə çıxış etmişdi. Onun hətta uğurlu Belçika və Macarıstan karyerası da var. Hərçənd hələ ki, “Kocaelispor”da özünü göstərə bilmir. Böyük ehtimalla Ramili onun üstünə gətiriblər. Sağ cinahda isə 5 qol və 4 məhsuldar ötürmə ilə mövsümə rəng qatan Barış Alıcı oynayır. 2018-21-ci illərdə “Fənərbağça”da oynayan bu futbolçu hazırda Superliqa təmsilçisi “Samsunspor”a məxsusdur. Qaradəniz klubunda özünü göstərə bilməsə də, Barış Kocaelidə karyerasının ən uğurlu dövrünü yaşayır. Görək, Şeydayev onlarla rəqabətdə komandanın iddiasını nə dərəcədə artıracaq?

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən yaxşı bombardiri məlum oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm