Dünya futbolu
“Real” “Jirona”nın futbolçusunu 8 milyona ala bilər
Yay transfer pəncərəsi zamanı Madrid “Real”ının Migel Qutyerresi 8 milyon avroya satın alma imkanı olacaq. Bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat verib.
Məlumata əsasən, bu məbləğ futbolçunun “Jirona”ya transferi zamanı iki klub arasında razılaşdırılıb. Madridlilər bu bənddən yalnız bu yay istifadə edə bilərlər. Transfer pəncərəsi bitdikdən sonra bənd artəq qüvvədən düşəcək.
Xatırladaq ki, 22 yaşlı sol cinah müdafiəçisi “Real”ın yetirməsidir. Futbolçu 2022-ci ildən “Jirona”da çıxış edir. Bu mövsüm 27 oyunda meydana çıxan müdafiəçi 1 qol vurub və 6 asist edib. Hazırda onun transfer qiyməti 20 milyon avro dəyərindədir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”
- Müsahibə2024-04-15 22:35
Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”