Dünya futbolu
“Real” Lokatelli ilə güclənəcək – Bellingemlə Fernandes gəlməsə…
“Real” “Yuventus”un futbolçusuna elçi düşüb. Amma Manuel Lokatelli madridlilərin ilk hədəfi deyil.
Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçisi Cud Bellingem və Entso Fernandesdən birini heyətinə qatmaq istəyir. Həm qışda, həm də mövsüm bitdikdən sonra madridlilər gənc yarımmüdafiəçilərin transferi üçün çalışacaq. “Real” onların hər ikisini yox, yalnız birini heyətinə qatmaq istəyir.
Bellingem “Liverpul”a getməyə yaxın olduğundan, “Real” diqqətini argentinalıya çevirib. Lakin həm Dortmunda “Borussiya”sı, həm də “Benfika” onlar üçün fantastik tələblər irəli sürür. Bu üzdən madridlilər ehtiyat variantı düşünür. Həmin ehtiyat variant isə Lokatellidir.
İtaliya millisinin üzvü Turin klubuna 2021-ci ilin avqustunda gəlib. 24 yaşlı yarımmüdafiəçi yayda azad agentə çevriləcək. Madrid təmsilçisi bu fürsətdən yararlanmaq istəyir.