Dünya futbolu
“Real”ın məğlubiyyətsizlik seriyası qırıldı
İspaniyanın “Real” klubunun 21 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
Futbolinfo.az xəbər verir ki, bu, İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletiko” ilə oyunda baş verib.
“Çivitas Metropolitano” stadionunda təşkil olunan Madrid derbisində “Atletiko” rəqibinə 4:2 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. Maraqlıdır ki, “Real” bütün turnirlər daxil olmaqla buna qədər sonuncu dəfə məhz “Atletiko”ya uduzmuşdu. Bu, 2023-cü ilin sentyabrında keçirilən La Liqa matçına (1:3) təsadüf edib.
Karlo Ançelottinin yetirmələri əvvəlki 21 görüşün 18-də qələbə qazanıb, 3 dəfə meydanı məğlub tərk ediblər.
“Atletiko” ilə yanaşı, “Barselona”, “Jirona”, “Real Sosyedad”, “Selta”, “Malyorka”, “Atletik” və “Sevilya” Kral Kubokunda 1/4 finala adlayıblar.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi