Dünya futbolu
“Real”ın rekordçusuna çevrildi – Ançelotti
“Real” Çempionlar Liqasının 1/4 finalının ilk qarşılaşmasında “Çelsi”ni 2:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma “kral klubu”nun baş məşqçisi Karlo Ancelotti üçün əlamətdar olub.
İtaliyalı mütəxəssis Madrid təmsilçisinin sükanı arxasında sözügedən turnirdə ən çox qələbəyə sevinən baş məşqçiyə çevrilib. O, “Real”ın sükanı arxasındakı 35-ci ÇL qələbəsini bayram edib. Nəticədə o, İspaniyadan olan Visente Del Boskeyə məxsus rekordu yeniləyib. Del Boske vaxtilə bu komandanın sükanı arxasındakı 60 görüşdə 34 qalibiyyət əldə edib. Ançelottiyə isə 35-ci qələbəyə çatmaq üçün 47 matç bəs edib.
“Real”la “Çelsi” arasındakı cavab oyunu aprelin 18-də Londonda keçiriləcək.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda