Ölkə futbolu
Renat Dadaşovun transfer qiyməti müəyyənləşdi
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Türkiyəyə köçmək variantı hələ də gündəmdədir. Super Liqanın iddialı komandalarından “Trabzonspor” İsveçrənin “Qrasshoppers” klubunun forvardının videolarını izləməklə məşğuldur.
Futbolinfo.az saytı xəbər verir ki, Dadaşov Qara dəniz təmsilçisinə menecerlər tərəfindən təklif edilib. Yeni baş məşqçi Nenad Byelika hazırda onunla bağlı məlumat toplamaqla məşğuldur. Çalışdırıcı həm özü Dadaşovun oyunlarının videolarını analiz edir, həm də skautların 24 yaşlı oyunçu ilə bağlı yekun raportunu gözləyir.
Renatın transfer qiyməti də məlumdur. “Trabzonspor” bu keçidi reallaşdırmaq üçün “Qrasshoppers”ə 1,5 milyon avro ödəməlidir. “Bordo-mavililər” ilk olaraq daha adlı-sanlı oyunçulara üstünlük verəcək. Dadaşov isə onlar üçün alternativ variant sayılır.
Qeyd edək ki, Dadaşovun İsveçrə klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.