Ölkə futbolu
Renato “Qəbələ”dən ayrıla bilər – özü dedi
“Qəbələ”nin müdafiəçisi Ruan Rento ölkəsi Braziliya mətbuatına maraqlı açıqlama verib.
Futbolinfo.az saytı xəbər verir ki, 29 yaşlı futbolçu mövsümün sonunda komandasını dəyişəcəyini istisna etməyib.
Arxa xətt oyunçusu təklifləri dəyərləndirdikdən sonra qərar verəcəyini söyləyib: “Müqaviləm yayda başa çatır. Nümayəndələrimlə görüşəcəyəm və karyeramın qalan hissəsi üçün ən yaxşısını seçəcəyəm. Bəzi klubların mənimlə maraqlandıqlarını bilməkdən şadam”.
Renato hazırda bir neçə Braziliya klubunun diqqət mərkəzindədir. O, özü də vətənə qayıtmaq arzusunda olduğunu gizlətməyib: “Karyeramı Braziliyada bitirmək istəyirəm. Təklifdən asılı olaraq ora qayıtmağın vaxtı gələ bilər”.
“Qırmızı-qaralar”ın müdafiə xəttinin lideri komandasının cari mövsümdəki performansında da razılıq bildirib: “Qəbələ”yə gələndə məni çox yaxşı qarşıladılar. Bu, bacarığımı tam göstərməyimi asanlaşdırdı. Ötən il Konfrans Liqasında çıxış etdik. Hazırda isə dördüncü pillədə qərarlaşmışıq və yaxşı mövsüm keçiririk. Sərgilədiyimiz futboldan məmnunam”.
Qeyd edək ki, 2021-ci ildən “Qəbələ”də çıxış edən Ruan Renato bu müddətdə keçirdiyi 56 oyunda 4 qol vurub.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var