Bizi izləyin

Müsahibə

Renduliç razıdır: “Rəhbərlik komandanı gücləndirəcək variantlar üzərində çalışır”

blank
blank

“Sabah” klubunun xorvatiyalı baş məşqçisi Krunoslav Renduliçin futbolinfo.az saytına müsahibəsi

– Sloveniya toplanışında məşqlərlə yanaşı, yoxlama oyunlarında da futbolçularınızı izləyirsiniz. Hazırlığın gedişatı sizi tam qane edirmi? Toplanışda daha çox nələrə önəm verirsiniz, komandanızın hansı keyfiyyətlərini daha da yaxşılaşdırmağa çalışırsınız?

– Sloveniyada mövsümöncəsi hazırlıq planlaşdırıldığı kimi gedir. Burada yaşayış və məşq üçün çox yaxşı şərait yaradılıb. Bizdə futbolçuların iş və istirahəti üçün lazım olan hər şey var. İndiyədək Sloveniyada iki oyun keçirmişik. Yerli komanda “Koper”ə 1:0 qalib gəldik, Serbiya təmsilçisi “Çukariçki” ilə isə 0:0 hesabı ilə bərabərə qaldıq. Bu oyunlarda bütün futbolçulara şans verdim. Hər iki matçda komandamın performansından razı qaldım. Amma düzəldilməli və inkişaf etdirilməli nüanslar, əlbəttə, var. Biz də o nüansların üzərində çalışırıq.

– Yolları ayırdığınız və komandaya yeni cəlb etdiyiniz futbolçular oldu. Heyətdəki dəyişikliklər “Sabah”a necə təsir edəcək? Yeni gələnlərin kollektivə tam uyğunlaşması üçün nə qədər zaman lazımdır?

– Ümid edirəm ki, onlara uyğunlaşmaq üçün mümkün qədər az vaxt lazım olacaq. Tələblərə nə qədər tez uyğunlaşsalar və istədiyimiz oyunlarını tapsalar, komanda bir o qədər güclü olar. Məşqlərdəki yüksək rəqabət futbolçuların maksimumunu göstərməsinə səbəb olur ki, bu da müsbət haldır.

– Yayda daha neçə transfer planlaşdırılıb? Bundan sonra hansı mövqeləri gücləndirmək istəyirsiniz?

– Hazırda rəhbərlik komandanı gücləndirəcək bəzi variantlar üzərində çalışır. Komandanı gücləndirəcək keyfiyyətli oyunçunun transferi üçün uyğun imkan yaranarsa, əlbəttə, bunu reallaşdırmağa çalışacağıq.

– “Sabah”ı UEFA Konfrans Liqasında “Makkabi” ilə çətin sınaq gözləyir. Rəqibin favorit sayılması sizə əlavə motivasiya verirmi? “Makkabi”ni nəyin hesabına üstələyə bilərsiniz?

– “Makkabi” kimi keyfiyyətli rəqib, əlbəttə ki, bizim üçün böyük motivasiyadır. Avropanın klub yarışlarında oynamaq həm biz məşqçilər, həm də futbolçular və klub üçün böyük çağırışdır. Yaxşı oyunlar və nəticələr klubun reputasiyasını yüksəldir, futbolçuların dəyərini artırır.

– “Makkabi” ilə ilk oyun İsraildə yox, Macarıstanda keçiriləcək. Bu məqamı sizin lehinizə saymaq olar?

– Macarıstanda “Makkabi”yə qarşı oynamağımızın bizim üçün nə dərəcədə üstünlük olduğunu demək çətindir. “Makkabi” çox ciddi klubdur və onlar bir müddətdir vətənlərindən kənarda hazırlaşırlar.

– “Sabah”ın növbəti mövsümdə “Qarabağ”ın hegemonluğuna son qoymaq və çempion olmaq şansı nə qədərdir?

– Hazırda bütün diqqətimizi Konfrans Liqasının təsnifat mərhələsindəki ilk oyunumuza yönəltmişik. Bu, normaldır. Lakin təlim-məşq toplanışı təkcə avrokuboklara yox, həmçinin çempionata daha yaxşı hazırlaşmağımıza hesablanıb. Biz çempionatda uzun illərdir çempion olan “Qarabağ” da daxil olmaqla, bütün rəqiblərimizə hörmətlə yanaşırıq.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-08-03 13:31

“Qarabağ” rəsmiləri Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı ilə görüşüblər

blank
Dünya futbolu2024-08-03 13:23

La Liqanın bombardiri “Roma”da

blank
Ölkə futbolu2024-08-03 13:00

“Qalatasaray”dan Danimarka klubuna

blank
Digər idman növləri2024-08-03 12:38

Azərbaycan avarçəkəni Parisdə 17-ci oldu

blank
Dünya futbolu2024-08-03 12:24

“Arsenal”ın futbolçusu “Fulhem”ə keçdi

blank
Müsahibə2024-08-03 12:00

Nikolov “Qarabağ”a azarkeşlik edəcək: “Onlar da taktiki cəhətdən səliqəli və intizamlı oynayırlar”

blank
Ölkə futbolu2024-08-03 11:40

“Əsas məsələ “Ludoqorets” yox, özümüzük”

blank
Dünya futbolu2024-08-03 11:21

Meydandan kənarda gələn zədə

blank
Dünya futbolu2024-08-03 11:04

“Qalatasaray”la “Beşiktaş” üz-üzə

blank
Digər idman növləri2024-08-03 10:47

Vinisiusla MBA çempionunun görü(nü)şü

blank
Dünya futbolu2024-08-03 10:30

Füllkruq “Aston Villa”da oynayacaq

blank
Digər idman növləri2024-08-03 10:15

Bu gün 3 yarışda iştirak edəcəyik

blank
Digər idman növləri2024-08-03 10:00

Olimpiada başlayandan bəri 200 nəfər saxlanılıb

blank
Müsahibə2024-08-03 09:42

“İkinci hissədə rəqibin 4 qol vurmasına şərait yaratmamalıydıq”

blank
Digər2024-08-03 09:25

Taksi sürücüləri kompensasiya tələb edir

blank
Digər idman növləri2024-08-03 09:10

MBA ulduzu gimnastika arenasında

blank
Premyer-liqa2024-08-03 08:52

“Neftçi” “Turan Tovuz”a, “Sumqayıt” “Kəpəz”ə qarşı

blank
Dünya futbolu2024-08-03 08:35

“Leypsiq” “Barselona”nın təklifini rədd etdi

blank
Milli komanda2024-08-03 08:17

Əsədovu Santuş istəməyib: “Təklif gözləyəcəm”

blank
Ölkə futbolu2024-08-03 08:00

Axundov başladı, “Qarabağ” davam etdirdi

blank
Ölkə futbolu2024-08-03 00:27

“Qarabağ” darmadağınla başladı – VİDEO

blank
Ölkə futbolu2024-08-02 23:28

“Qarşıdakı oyunlarda yaxşı “Araz-Naxçıvan” görəcəyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-08-02 22:53

Qurban Qurbanov: “İlk oyun da göstərdi ki…”

blank
Ölkə futbolu2024-08-02 21:55

“Qarabağ” yeni mövsümə darmadağınla başladı

blank
Digər idman növləri2024-08-02 20:15

Azərbaycan millisi günün ikinci matçında qalib gəldi

blank
Digər idman növləri2024-08-02 19:55

Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-08-02 19:15

Cüdoçumuz təsəlliverici görüşdə uduzdu, mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-08-02 19:00

BOK Fransa telekanalında işlədilən ifadələrə görə Azərbaycandan üzr istədi

blank
Digər idman növləri2024-08-02 18:47

Azərbaycan millisinin üzvü “Neftçi”də

blank
Digər idman növləri2024-08-02 18:31

AVF prezidenti “Murov Az Terminal”ın bazasında olub

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm