Dünya futbolu
Retegi seçim qarşısında
Mateo Reteginin müştəriləri artır. Baş məşqçi Roberto Mançininin İtaliya millisinə çağıraraq məşhurlaşdırdığı hücumçu indi bir çox klubun diqqət mərkəzindədir.
Futbolinfo.az xəbər verir ki, başda “İnter” olmaqla, bir neçə A Seriyası klubunun maraq göstərdiyi forvarda “Atletiko” da “elçi düşüb”. Madridlilər yayda oyunçunu sıralarına qatmaq üçün cəhd edir. Lakin ən real təklif “Ayntraxt”dandır. Frankfurtlular hazırda futbolçunun şəxsi müqaviləsinin detallarını dəqiqləşdirir. Razılıq əldə olunarsa, Reteginin klubuna rəsmi təklif göndəriləcək. Futbolçu özü isə İtaliya klublarından birinə keçmək, tarixi vətənində oynamaq istəyir.
Argentinada doğulan futbolçu hazırda “Tiqre”də icarə əsasında çıxış edir. Lakin o, müqaviləilə “Boka Xuniors”a məxsusdur və daha bir illik anlaşması var. Klubu yeni müqavilə imzalamayan hücimçunu sonradan azad agent kimi itirməmək üçün satmaqda maraqlıdır.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda