Dünya futbolu
Riberinin yeni klubu bəlli oldu
Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Frank Riberinin yeni klubu məlum olub.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı futbolçu İtaliyanın “Salernitana” klubuna keçib.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Riberi yeni klubu ilə 1 illik müqavilə imzalayıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Riberinin son klubu “Fiorentina” olub (2019-21). O, daha öncə “Bayern”, “Olimpik” (Marsel), “Qalatasaray”, “Mets”, “Brest” kimi klublarda da forma geyinib.