Dünya futbolu
“Roma” futbolçusunu “Ayaks”a satdı
“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Niderland nəhəngi Bosniya və Herseqovina millisinin “Roma”da çıxış edən yarımmüdafiəçisi Benyamin Tahiroviçi transfer edib.
20 yaşlı futbolçunun keçidi “Ayaks”a 8,4 milyon avroya başa gəlib. Yarımmüdafiəçi ilə müqavilənin müddəti isə açıqlanmır.
Tahiroviç 2021-ci ilin əvvəlindən formasını geyindiyi “Roma”nın əsas komandasında 13 matça çıxıb. O, Bosniya və Herseqovina yığmasında da 3 oyun keçirib.