Dünya futbolu
Ronaldo het-trikə imza atdı – VİDEO
Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanın “Əl-Nəsr” komandasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı futbolçu ölkə çempionatının 18-ci turu çərçivəsində baş tutan “Damak”la matçın iştirakçısı olub.
Start heyətdə meydana çıxan hücumçu sonadək oynayıb. Səfərdə 3:0 hesablı qələbəyə sevinən komandasının bütün qollarını də məhz Ronaldo vurub. O, 18 (penaltidən), 23 və 44-cü dəqiqələrdə fərqlənib.
Xatırladaq ki, portuqaliyalı ulduz hazırda karyerasını davam etdirən futbolçular arasında ən çox het-trik müəllifidir. Ronaldonun hesabında 62 het-trik var. Onlardan 52-ni klub səviyyəli yarışlarda rəsmiləşdirən hücumçu, qalanını da Portuqaliya millisində həyata keçirib. Kristianonun ən yaxın izləyicisi olan Lionel Messi (PSJ) 56 dəfə het-trik edib.
Bu nəticədən sonra “Əl-Nəsr” 43 xalla vahid liderdir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…