Ölkə futbolu
“Səbail”dən Rumıniya klubu ilə heç-heçə
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Səbail” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Şahin Diniyevin komandası Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb.
“Universitatya Kluj” Rumıniya Super Liqasında 29 xalla 8-ci pillədə qərarlaşıb. Bu rəqiblə oyun qolsuz yekunlaşıb – 0:0.
“Səbail” 2-ci yoxlama matçını “Fakel”ə qarşı keçirəcək. Rusiya Premyer Liqa təmsilçisi ilə görüş yanvarın 15-də olacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)