Ölkə futbolu
“Səbail”in əlamətdar qələbəsi

Misli Premyer Liqasının V turunun “Qarabağ”la oyunundakı 2:1 hesablı qələbə “Səbail” üçün yubileylə əlamətdar olub. Bakı klubu çempionatda 25-ci ev qələbəsini qazanıb.
Bu, Premyer Liqa çərçivəsində öz meydanında baş tutan 87-ci qarşılaşmada qeydə alınıb. “Səbail” digər matçlarda 18 heç-heçə edib və 44 dəfə uduzub.
“Səbail” Premyer Liqada 2017/18 mövsümündə debüt edib. Bakılıların ilk ev qələbəsi 2017-ci il avqustun 19-da qeydə alınıb. O zaman “Neftçi” ilə ev görüşündə meydan sahibləri bir cavabsız qolla qələbə qazanıb.

- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Premyer-liqa2023-12-04 21:22
“Qarabağ” darmadağınla qalib gəldi, xal fərqini artırdı
- Ölkə futbolu2023-12-04 11:51
“Neftçi” azarkeşləri qəzəbləndi, şəhidlər unuduldu
- Dünya futbolu2023-12-04 14:31
Şahruddin Məhəmmədəliyev baş məşqçisiz qaldı