Ölkə futbolu
“Səbail”lə vidalaşan oyunçu 28 yaşında futboldan getdi
“Səbail” futbol klubu ilə yollarını ayıran Eltun Yaqublu futbolçu karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağa qərar verib. Futbolçu “Səbail” klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Eltun karyerası ərzində “Neftçi”, “Qarabağ” və “Sumqayıt” klublarının da formasını geyinib. O, 2018/19 mövsümündə “Səbail”lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün