Digər idman növləri
Sərbəst güləş üzrə millinin AÇ üçün heyəti açıqlandı
Avropa çempionatında iştirak edəcək U-17 sərbəst güləş millimizin heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, iyunun 16-dan 18-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək qitə birinciliyində iştirak edəcək yığmamızın üzvləriylə görüş keçirilib.
Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev və baş katib Nəsimi Musayev güləşçilərə uğur arzulamaqla yanaşı, idman prinsiplərinə riayət etmələrini tapşırıblar. Böyük məşqçi Əsgərxan Novruzov Avropa çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını və vətənə uğurlu nəticəylə dönəcəklərinə inandıqlarını dilə gətirib.
Məsul yarışda ölkəmizi Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Digər idman növləri2024-05-07 16:35
Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama