Ölkə futbolu
Sərgən Yalçın “Neftçi”yə gəlir – köməkçisi təsdiqlədi
Türkiyəli məşqçi Sərgən Yalçın “Neftçi” ilə razılıq əldə edib. Futbolinfo.az xəbər verir ki, bu barədə onun köməkçisi Murat Şahinə istinadla “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişində məlumat verilib.
O bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib. Qeyri-adi nəsə baş verməsə, Sərgən Yalçın yaxın günlərdə Azərbaycan təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Sərgən Yalçının “Neftçi”nin baş məşqçisi olmaq ehtimalı ilə bağlı xəbəri ilk dəfə 5 gün öncə məhz futbolinfo.az yaymış, Türkiyə mətbuatı, sosial şəbəkələr də tirajlamışdı.
Maraqlıdı ki, Sərgən Yalçının artıq Bakıya yollanmaq üzrə olduğu bir vaxtda klub rəhbərliyi hələ də mümkün təyinatdan xəbərsizdir. Çünki məsələ sponsorlar səviyyəsində həll olunur.