Digər idman növləri
“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 17-ci turunun üçüncü oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, pley-off uğrunda mübarizə aparan “Sumqayıt” çempionatın liderlərindən sayılan “Sabah”la qarşılaşıb.
Oyun “Sabah”ın 93:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra “Sabah” turnir cədvəlində vahid lider olub. Məğlub olmuş “Sumqayıt” pley-off şanslarını itirib və “Sərhədçi”nin pley-offa vəsiqə qazanması rəsmiləşib.
Ən məhsuldar basketbolçular “Sumqayıt”da Lenard Dikson (28 xal, 7 ribaund), “Sabah”da Dezmond Kembric (23 xal, 8 ribaund) olub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”