Ölkə futbolu
“Sabah” şikayət etməyəcək – Açıqlama
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“İstər hakim idarəçiliyi, istərsə də Samir Abasovun dedikləri ilə bağlı məsələyə baxacağıq. Oyun hələ dünən olub” – bu sözləri “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Klub rəsmisi Premyer Liqanın 24-cü turunda “Neftçi” ilə görüşdən sonra rəqibin baş məşqçisi Samir Abasovun “Sabah”ın qapıçısı Saşa Stamenkoviçlə bağlı fikirlərinə münasibət bildirib (qol.az). O, Abasovun Stamenkoviçlə bağlı “vaxtı uzadır, ver “qırmızı”nı rədd elə” fikirlərinə görə heç kimə şikayət etməyəcəklərini qeyd edib:
“Bu məsələ ilə bağlı heç bir şikayət edilməyəcək. Şikayət edilsə, nə olcaq ki? Samir Abasov lap 5 oyunluq cəzlansa, bizə nə xeyri var? Əslində hakimin bizə qarşı qərarları daha çox idi. Samir Abasov Stamenkoviçin yerdə qalmağından şikayətlənir. Bu, futbolda adi haldır, bütün oyunlarda olur. Gördüyünüz kimi, hakim ona uyğun da əlavə 6 dəqiqə vaxt artırdı, üstəlik 3 dəqiqə də oynatdı. Stamenkoviç yerdə nə qədər qaldı ki?”
Xatırladaq ki, 2:2 hesablı bərabərliklə başa çatan “Sabah” – “Neftçi” matçında meydan sahiblərinin 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Qonaqlar isə buna baxmayaraq, qələbə qolunu vura bilməyiblər.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-15 18:15
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-14 12:35
“Sabah” daha bir legioneri yola salır
- Ölkə futbolu2024-06-14 08:35
Kadi Murad Musayevə “Qarabağ”a qayıtmaq istədiyini deyib
- Milli komanda2024-06-14 11:30
Leandro Andrade: “Rəğbət bəslədiyim milliyə rəğbət bəslədiyim məşqçi təyin olunub”