Sloveniyada təlim-məşq toplanışı keçən “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Bakı təmsilçisi Ukrayna “Rux”u ilə üz-üzə gəlib.

“Sports park Radomlye”də keçirilən matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah”ın qollarını Kahim Parris (39) və Neqoş Kupusoviç (90) vurub.

“Sabah” daha əvvəl keçirdiyi yoxlama görüşlərində “Koper”ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya “Çukariçki”si (0:0) və Ukrayna “Krivbas”ı (2:2) ilə isə heç-heçə edib.

Shares: