Bizi izləyin

Ölkə futbolu

“Sabah”dan 3 qolla 9 xal qoparan “Zirə”, “Araz-Naxçıvan”ın bitməyən seriyaları

blank
blank

Misli Premyer Liqasının XXVIII turu çempionluğun rəsmiləşməsi ilə nəticələndi. Uzun müddətdir böyük fərqlə rəqiblərini qabaqlayan “Qarabağ” mövsümün sonuna 8 tur qalmış birinciliyi təmin etdi. Bu, Ağdam klubunun ardıcıl 3-cü, ümumilikdə isə 11-ci çempionluğu oldu. “Qarabağ”ın görüşü istisna olmaqla, turun digər matçlarında az sayda qol vuruldu.

Üstün oynayan “Qəbələ”, qalib gələn “Neftçi”

Çempionatda qalmaq uğrunda çırpınan “Qəbələ” nə qədər çalışsa da, “qara zolaq”dan çıxa bilmir. Əslində, “Neftçi” ilə ev oyununda üstün tərəf “qırmızı-qaralar” oldular. Di gəl ki, saysız-hesabsız hücumlar, yaradılan qol vəziyyətləri səmərə vermədi. “Neftçi” bu görüşdə qazandığı 3 xala görə ilk növbədə qapıçısı Rza Cəfərova minnətdar olmalıdır. Gənc qolkiper turdan-tura, oyundan-oyuna “artırır” və əsas heyətdəki yerini möhkəmləndirir. 20-ci dəqiqədə Ürfan Abbasovun yaxın məsafədən başla zərbəsinə əla reaksiya verən Cəfərov yaxın gələcəkdə millinin də əsas qapıçı olacağını hiss etdirməkdədir.

“Qəbələ”nin hücumları fayda verməyincə, futbolun yazılmamış qanunu, “vurmayana vurarlar” prinsipi işə düşdü. Qonaqların heyətində ön xətdə ən fəal oyunçu olan Kilan Lebon 42-ci dəqiqədə cərimə meydançasına daxil olaraq uzaq küncü dəqiq nişan aldı və ustalıq səviyyəsinin futbolda böyük rol oynadığını göstərdi.

Bir saatın tamamında “Qəbələ”nin qol istəyinin qarşısını yenə Rza aldı. O, Osama Xalaylanın başla uzaq küncə göndərdiyi topu əla sıçrayışla dəf edərək növbəti dəfə komandasının köməyinə çatdı. Kaxaber Sxadadzenin yetirmələri nə qədər çalışsalar da, istəklərinə çatmadılar. “Neftçi” isə 3 xalı tək qolla qazanmaqla, ikinci yerə ən iddialı komanda olduğunu nümayiş etdirdi.

26 xallıq fərqin gətirdiyi 11-ci çempionluq

“Kəpəz” “Qarabağ”la görüşə istəkli başlayıb 1-2 təhlükəli epizod yaratsa da, çox keçmədi ki, Ağdam klubu üstünlüyü ələ aldı. Oyunda hesabın açılması özünü çox gözlətmədi. 21-ci dəqiqədə Zubirin ötürməsini qəbul edən Romao cərimə meydançası həndəvərindən əla zərbə ilə baxımlı qola imza atdı. Tərəflərin cəhdlərinə baxmayaraq, fasiləyədək hesab dəyişmədi. “Kəpəz”in heyətində Martins Junior xüsusən fəal idi. Ancaq onun zərbələri gah qeyri-dəqiq alınır, gah da Lunyov qola imkan vermirdi.

İkinci yarı bolqollu alındı. 17 dəqiqə ərzində daha 4 qol vuran “Qarabağ”da Juninyo dubl edərək cari mövsümdə qollarının sayını 17-ə çatdırdı, həmçinin Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər. Son dəqiqələrdə əvvəlcə Redon Cica topu boş qapıya göndərməklə adını tabloya yazdırdı. Matçda son nöqtəni isə 90 dəqiqənin tamamında “Kəpəz”in futbolçusu Latir Fal qoydu. Bu, gəncəlilər üçün təsəllidən başqa bir şey olmadı.

Beləliklə, ən yaxın izləyicisi, əzəli rəqibi “Neftçi”ni 26 xal (!) qabaqlayan “Qarabağ” vaxtından əvvəl çempionluğu təmin etdi. Qurban Qurbanovun komandasının bundan sonrakı hədəfi ölkə kubokunu qazanmaqdır. Yarımfinalda “Neftçi” ilə üz-üzə gələcək ağdamlılar indidən növbəti avrokubok mövsümünün planlarını da cıza bilərlər.

“6 xallıq oyun”dan hərəyə 1 xal

“6 xallıq oyun” hesab edilən “Səbail” – “Turan Tovuz” matçında hər iki tərəf meydana qələbə üçün çıxmışdı. “Səbail” doğma meydan amilindən istifadə etməyə çalışır, öz növbəsində tovuzlular da səfərdə oynamalarına baxmayaraq, ilk dəqiqələrdən hücuma atılırdılar. Belə epizodların birində Xəyal Nəcəfovun uzaq məsafədən zərbəsini “Səbail”in qolkiperi Səlahət Ağayev əla sıçrayışla dəf etdi. “Dənizçilər”in cavab hücumunda isə hesab açıldı. Komandanın liderlərindən olan Pedro Nuno cərimə meydançası daxilində sol ayağı ilə qarşısıalınmaz zərbə endirdi – 1:0.

Bu hesabla barışmayan “Turan Tovuz” tarazlığı bərpa etmək üçün dərhal irəli atıldı. Qonaqların heyətində xüsusən Aleks Souza və Fərid Nəbiyev fəallığı ilə seçilirdi. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Ayxan Abbasovun komandası istəyinə çatdı. Hakim Səlahət Ağayevin Aleks Souzaya qarşı kobud oynadığını əsas gətirərək, penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Fərid Nəbiyev isə qüvvətli zərbə ilə toru silkələdi – 1:1.

Fasilədən sonra “Turan Tovuz” daha fəal idi. 57-ci dəqiqədə Souza topu yaxşı qəbul edə bilsəydi, yəqin ki, hesab dəyişəcəkdi. Oyunun son dəqiqələrində “Səbail” də kəsərli hücumlar qurmağa başladı. Ancaq gah zərbələrdəki qeyri-dəqiqlik, gah da “Turan Tovuz”un qapıçısı Aydın Bayramov qola mane oldu. Nəticədə tərəflər meydanı “sülhlə” tərk etməli oldular.

Renduliçin ilk məğlubiyyəti

Krunoslav Renduliçin gəlişindən sonra hər iki görüşdə qələbə qazanmış “Sabah” uğurlu seriyanı “Zirə” ilə ev oyununda da davam etdirmək istəyirdi, ancaq buna nail olmadı. Matçın taleyini 1 qol həll etdi. 25-ci dəqiqədə Qismət Alıyevin kornerdən ötürməsini Ruan Renato dəqiq baş zərbəsi ilə meydan sahiblərinin qapısından keçirdi.

“Sabah” sonrakı dəqiqələrdə nə qədər cəhd göstərsə də, hesabı bərabərləşdirə bilmədi. “Zirə”li futbolçular rəqibə onların cərimə meydançasına daxil olmağa çox icazə vermirdilər. Bu səbəbdən “Sabah” daha çox uzaq məsafədən zərbələrə bel bağlayırdı. Ancaq bu yolla da qonaqları məyus etmək mümkün olmadı. Nəticədə hakimin final fiti “Zirə”nin minimalhesablı qələbəsini rəsmiləşdirdi.

Maraqlıdır ki, cari mövsümdə bu komandaların hər 4 oyununda bu hesab qeydə alınıb. Bunlardan 3-də sevinən tərəf Rəşad Sadıqovun yetirmələri olduğu halda, bir görüşdə “Sabah” meydanı 3 xalla tərk edib.

Sumqayıtda “Kamranbəy şousu”

Tura Sumqayıtda yekun vuruldu. “Araz-Naxçıvan”ı qəbul edən “gənclik şəhəri” təmsilçisi qələbə qazanmaq, beləcə ikincilik mübarizəsindən qopmamaq niyyətində idi. Son 5 oyunda qalibiyyət üzünə həsrət qalan Naxçıvan təmsilçisi isə uğursuz gedişata son qoymağı hədəfləmişdi.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun boş tribunaları yenə “göz deşirdi”. Oyunu cəmi 1200 tamaşaçının izləməsi xoş mənzərə deyildi. Qarşılaşma erkən qolla başladı. 5-ci dəqiqədə Rezabala rəqib qapıçı ilə təkbətək çıxsa da, qeyri-dəqiq zərbə ilə fürsəti qaçırdı və zərbəni endirdikdən sonra ayağını yığışdırmağa çalışan rəqib qapıçıya ilişərək yerdə qaldı. Matçın baş hakimi Kamranbəy Rəhimovun bu epizodu penalti kimi qiymətləndirməsi qonaqların texniki zonada əyləşən üzvlərini haqlı olaraq özündən çıxartdı. Epizod VAR-da yoxlanılsa da, qərar dəyişmədi və “Araz-Naxçıvan”ın qapısına müəmmalı 11 metrlik cərimə zərbəsi təyin olundu. Ağ nöqtəyə yaxınlaşan Kasimir Ninqa dəqiq zərbə ilə komandasını hesabda önə çıxartdı. Sonrakı dəqiqələrdə də yanlış qərarları olan Kamranbəy ümumilikdə matçı bərbad idarə etdi.

İlk hissənin sonrakı dəqiqələrində hər iki tərəfin təhlükəli hücumları, uzaq məsafədən zərbələri olsa da, həm “Sumqayıt”ın, həm də qonaqların qapıçısı səhvsiz oynadı. İkinci hissənin gedişində Naxçıvan klubunun çalışdırıcısı Azər Bağırov bir neçə dəyişikliyə əl atsa da, onun cəhdləri hesabın dəyişməsi üçün yetərli olmadı. “Sumqayıt” hesabdakı üstünlüyünü sonadək saxladı və vacib 3 xal əldə edərək, “Zirə”nin ondan uzaqlaşmasına imkan vermədi. “Araz-Naxçıvan”ın isə son turlardakı qələbəsizlik seriyası 6-ya çatdı. Bundan əlavə, Azər Bağırovun yetirmələri cari mövsümdə keçirdikləri 4-cü oyunda da Samir Abasovun komandasına qalib gələ bilmədi.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-25 01:46

Konfrans Liqası: Gürcüstan klubu evdə uduzdu

Dünya futbolu2024-07-25 01:31

ÇL: “Qarabağ”ın potensial rəqiblərinin oyununda 2 cavabsız qol

blank
Ölkə futbolu2024-07-25 00:15

“Neftçi” bu gün Səudiyyə Ərəbistanı klubu ilə qarşılaşacaq

blank
Ölkə futbolu2024-07-24 23:58

“Sumqayıtda qələbə qazana bilərik, əsas planımız bundan ibarətdir”

blank
Digər idman növləri2024-07-24 23:43

Millimiz Avropa çempionatına qələbə ilə start verdi

blank
Ölkə futbolu2024-07-24 23:18

“Makkabi” oyunun favoritidir” – Renduliç

blank
Digər idman növləri2024-07-24 23:00

Millimiz Avropa çempionatının yarımfinalına yüksəldi

blank
Ölkə futbolu2024-07-24 22:35

“Görüş dinamik alındı” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-24 21:39

“Zirə” çox keyfiyyətli komandadır” – Herts

blank
Ölkə futbolu2024-07-24 21:15

“7 aydır bu anı gözləyirik” – “Dunayska Streda”nın baş məşqçisi

blank
Ölkə futbolu2024-07-24 20:47

“Araz-Naxçıvan”ın sonuncu oyununda qol vurulmadı

blank
Ölkə futbolu2024-07-24 20:03

Yüksəliş üçün əla başlanğıc

blank
Ölkə futbolu2024-07-24 20:00

“Sabahkı oyunda ajiotaj gözləyirəm” – Samir Abasov

blank
Ölkə futbolu2024-07-24 19:00

“Belə rəqiblərə qarşı mübarizə apara bilərik” – “Zirə”nin legioneri

blank
Ölkə futbolu2024-07-24 18:33

“Cütün taleyi rəqib meydanında həll olunacaq” – Rəşad Sadıqov

blank
Milli komanda2024-07-24 18:00

Millimiz Bakıda toplanış keçəcək

blank
Ölkə futbolu2024-07-24 17:40

Braziliyada hər il “Pele günü” qeyd olunacaq

blank
Ölkə futbolu2024-07-24 17:21

“Nürnberq” rəsmisindən Mahir Emreli ilə bağlı yeni açıqlama

blank
Ölkə futbolu2024-07-24 17:00

Prezident İlham Əliyevdən Olimpiya çempionları ilə bağlı Fərman

blank
Dünya futbolu2024-07-24 16:46

“Real”ın sabiq futbolçusu 4-cü Liqa klubunda

blank
Dünya futbolu2024-07-24 16:29

“Milan”ın futbolçusu yenidən La Liqa klubunda

blank
Digər idman növləri2024-07-24 16:10

BOK 2034-cü ildə Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqladı

blank
Ölkə futbolu2024-07-24 15:57

“Şamaxı” Küveyt klubu ilə yoxlama matçı keçirəcək

blank
Ölkə futbolu2024-07-24 15:39

“Qarabağ”da məşqçi təyinatları gerçəkləşdi

blank
Digər idman növləri2024-07-24 15:21

Almaniyanın bayraqdarı basketbolçu olacaq

blank
Ölkə futbolu2024-07-24 15:04

23 legionerli rəqib: macarlarla slovaklar bir arada

blank
Digər idman növləri2024-07-24 14:49

Qış Olimpiadası da Fransada keçiriləcək

blank
Ölkə futbolu2024-07-24 14:34

“Araz-Naxçıvan” Küveyt klubu ilə üz-üzə

blank
Digər idman növləri2024-07-24 14:17

“Dream Team”in qızıl medalı hərraca çıxarılır

blank
Ölkə futbolu2024-07-24 14:02

Vüsal Türkiyədə qalacağına qərar verməyib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm