Premyer-liqa
“Sabah”dan yeni sponsorluq müqaviləsi

“Sabah” FK ilə “Qurtuluş 93 Residence” MTK arasında sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanıb.
Futbolinfo.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Qurtuluş 93 Residence” MTK-nın nəzdində olan “Bank Respublika Arena” və məşq meydançaları 12 il müddətinə “Sabah” FK-ya təmənnasız icarəyə verilib.
Bunun qarşılığında “Sabah” FK stadionda olacaq bütün təmir-bərpa və əməliyyat işlərinin xərclərini qarşılamağı öz öhdəsinə götürüb.
Anlaşmaya əsasən, “Bank Respublika Arena”da “Qurtuluş 93 Residence” MTK-nın reklam bannerləri yer alacaq, həmçinin klubla şirkət arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sponsorluq və əməkdaşlıq müqaviləsi “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov və “Qurtuluş 93 Residence” MTK-nın təsisçisi Məhərrəm Novruzov tərəfindən imzalanıb.
Qeyd edək ki, “Sabah” FK Premyer Liqaya vəsiqə qazandığı 2018-ci ildən “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Növbəti mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klub ev matçlarını məhz bu arenada keçirməyi planlaşdırır. Hazırda stadionda UEFA-nın avrokubok oyunları üçün tələb olunan kriteriyalara uyğunlaşdırılması istiqamətində təmir və bərpa işləri görülür.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Ölkə futbolu2023-09-14 19:00
“Neftçi”də əcnəbi idman direktoru: Kamil Məmmədov müşavir olacaq