Bizi izləyin

Müsahibə

Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”

blank
blank

“Səbail” klubunun baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi

– Başa çatmaq üzrə olan mövsümü “Səbail” üçün necə dəyərləndirirsiniz? Avrokuboklardan kənarda qalmağınıza nə səbəb oldu?

– İlk növbədə onu deyim ki, bu mövsüm daha yaxşı “Səbail” gördük. Əvvəlki 4 sezon ərzində “Səbail” turnir cədvəlində axırıncı yerlərdə qərarlaşmışdı. Ancaq bu dəfə mövsümün sonuna 15-16 tur qalmış Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirdik. Bundan sonra iddialı olmağa çalışdıq. Düşünürəm ki, 1-2-ci dövrələrdə, əsas da ilk dövrədə çox yaxşı çıxış etdik. İkinci dövrənin ortasında bizdə problemlər başladı. Birdən-birə əsas heyətin 6 üzvünün ciddi zədə alması üzündən oyunumuzda, nəticələrdə eniş yaşandı. Bu da başadüşülən idi.

– Qışda zədəli futbolçuların yerini doldurmaq üçün komandaya 3 yeni legioner cəlb edildi…

– Bəli, ancaq onlar təlim-məşq toplanışımızda iştirak etmədilər, birbaşa Bakıya gəldilər. Bəlkə də hazırlıqsız olduqları üçün ümumi ansambla düşə, tam bacarıqlarını göstərə bilmədilər. Nəticədə stabillik itdi. Əslində, hər üçü çox bacarıqlıdır. Mən əvvəlki müsahibələrimdə də demişəm ki, bizim qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı. Ancaq xoş haldır ki, çempionatın bitməsinə 4 tur qalana qədər riyazi cəhətdən avrokuboklara iddialıydıq. Gördük ki, oraya getmək olar, cəhd etdik, ancaq bu, yetərli olmadı. Heyətimiz yeni idi, demək olar ki, futbolçuların 90 faizini dəyişmişdik. Bu heyətin mükəmməl oynaması üçün bir qədər də zamana ehtiyac var.

– Gətirdiyiniz futbolçular özlərini tam doğrulda bildilər?

– Gətirdiyimiz futbolçuların özlərini doğrultmadıqlarını demək olmaz. Doğrultdular, sadəcə, bayaq dediyim səbəblərə görə stabillik çatışmadı. Komandanın qarşısına ilk “altılığ”a düşmək tapşırığı qoyulmuşdu. Ona da yaxınıq. Mövsümün sonuna 1 tur qalıb, həmin oyunda qələbə qazanmaqla “altılığ”a düşə bilərik. 6-7-ci yerlər arasında böyük fərq yoxdur.

– Əksəriyyət cari mövsümün daha gərgin keçdiyi qənaətindədir. Amma mübarizə daha çox 2-4-cü yerlər uğrunda getdi. “Qarabağ”ın 28-ci turda çempionluğu təmin etməsi Premyer Liqanın real səviyyəsini göstərmir?

– Tamamilə doğru deyirsiniz. Lider və autsayder mövsümün sonuna bir neçə tur qalmış artıq aydın oldu. Bu da “Qarabağ”ın gücünü göstərir. Onlar güclü heyətə malikdirlər, həm də avrokuboklarda böyük təcrübələri var. Real danışsaq, “Qarabağ” qalan 9 komandadan birbaş üstündür. Ancaq çempionatda ona qarşı haradasa mübarizə aparan komandalar oldu. Aradabir biz də daxil olmaqla, komandalar “Qarabağ”a badalaq vurmağa çalışdılar. Fakt budur ki, Ağdam təmsilçisi layiqli çempionluq qazandı. “Qarabağ” həm əla heyətə malikdir, həm yaxşı futbol oynayır, həm də oturuşmuş komandadır və rəqiblərindən daha səviyyəlidir. Bu mövsüm Avropa və Konfrans Liqalarına vəsiqə uğrunda isə sonuncu turadək mübarizə getdi. Bu da çempionata olan marağı artırır. Ortabab komandaların sayı artıb, bu isə rəqabət yaradır.

– Klub rəhbərliyi ilə görüşüb gələcək planlarla bağlı müzakirələr aparmısınız? Heyətdə nə kimi dəyişikliklər gözlənilir?

– Klub rəhbərliyi ilə çempionat bitdikdən sonra görüş olacaq. Hələ bu haqda konkret nəsə deyə bilmərəm. Düşünürəm ki, bu heyəti saxlayıb, bir neçə yeni oyunçu cəlb etsək, gələn il avrokuboklara düşmək uğrunda mübarizə aparacaq “Səbail” qura bilərik. Artıq bilirik ki, hansı mövqelərdə problemlərimiz var.

– “Səbail”in yay təlim-məşq toplanışını harada keçəcəyinə, yoldaşlıq görüşlərindəki rəqiblərə aydınlıq gəlib?

– Təlim-məşq toplanışı və transfer məsələləri barədə rəhbərliklə görüşdən sonra dəqiq fikir bildirmək olar.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-23 20:32

“Şamaxı”dan növbəti darmadağın

blank
Ölkə futbolu2024-07-23 20:01

“Qarabağ” “Linkoln”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-07-23 18:31

Maliyyə problemlərinə görə 3-cü diviziona düşdü

blank
Digər idman növləri2024-07-23 18:02

Azərbaycan komandaları AÇ-də mübarizə aparacaqlar

blank
Digər idman növləri2024-07-23 17:45

U-18 millimiz Avropa çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-07-23 17:31

Bərdədə 40 üzgüçü yarışdı

blank
Digər idman növləri2024-07-23 17:17

Kişi atlet açılış mərasiminə qadın paltarında qatılacaq

blank
Ölkə futbolu2024-07-23 17:00

“Sumqayıt”ın rəqibi heyətinə yeni futbolçu cəlb etdi

blank
Digər idman növləri2024-07-23 16:49

Dünyanın ən güclü velosipedçisi Olimpiadada iştirak etməyəcək

blank
Ölkə futbolu2024-07-23 16:31

“Qarabağ” işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır”

blank
Ölkə futbolu2024-07-23 16:16

“Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq”

blank
Dünya futbolu2024-07-23 16:00

“Tottenhem” futbolçusunu icarəyə verdi

blank
Dünya futbolu2024-07-23 15:46

“Barselona” seneqallı futbolçu transfer etdi

blank
Digər idman növləri2024-07-23 15:32

21-ci əsrin ən güclü döyüşçüləri

blank
Ölkə futbolu2024-07-23 15:15

Aqil Məmmədov daha oynamayacaq

blank
Ölkə futbolu2024-07-23 15:00

“Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm”

blank
Digər idman növləri2024-07-23 14:43

Olimpiya mükafatçılarına təqdim ediləcək hədiyyələr

blank
Digər2024-07-23 14:29

Məşhur reper məşəl daşıyanlardan biri olacaq

blank
Digər idman növləri2024-07-23 14:12

Azərbaycan gimnastaları üçün Belarus sınağı

blank
Digər idman növləri2024-07-23 13:55

İnternet olmadığına görə Olimpiadadan kənarda qaldı

blank
Ölkə futbolu2024-07-23 13:40

Ukrayna klubuna UEFA-dan texniki məğlubiyyət

blank
Müsahibə2024-07-23 13:25

“Hərdən gözlənilməz qərarlar da verə bilirsən”

blank
Digər idman növləri2024-07-23 13:11

Lalə Kramarenko növbəti Olimpiadanı gözləməyəcək

blank
Digər idman növləri2024-07-23 12:54

Lebron Ceyms bayraqdar olan ilk amerikalı MBA oyunçusudur

blank
Digər idman növləri2024-07-23 12:39

“Sports İllustrated” Olimpiya turniri üçün proqnozlarını açıqladı

blank
Digər idman növləri2024-07-23 12:24

Nadal və Alkaras Olimpiya kəndində

blank
Dünya futbolu2024-07-23 12:14

Meksika millisinin yeni baş məşqçisi bəlli oldu

blank
Digər idman növləri2024-07-23 11:50

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

blank
Ölkə futbolu2024-07-23 11:32

“Sumqayıt”ın oyununa 4600 bilet satılıb

blank
Ölkə futbolu2024-07-23 11:20

“Araz-Naxçıvan” daha bir braziliyalı gətirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm