Dünya futbolu
Şahruddin Məhəmmədəliyev baş məşqçisiz qaldı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Adana klubu son olaraq 14-cü turda evdə “Samsunspor”a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.
“Adana Dəmirspor” iyunun 30-da baş məşqçi ilə 2 illik müqavilə imzalamışdı.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı