Milli komanda
Şahruddin Məhəmmədəliyev yerli məşqçi istəyir: “Fikrimi dəyişməmişəm”
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Canni de Byaziyə Azərbaycan millisindəki dövrləri üçün təşəkkür edirəm, ona qarşıda uğurlar arzu edirəm” – bunu futbolinfo.az-a Azərbaycan yığmasının və Türkiyənin “Adana Dəmirspor” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Təcrübəli qolkiper italiyalı məşqçi Canni de Byazinin milli komandadan getməsindən danışıb. O, həmçinin növbəti məşqçinin yerli olması ilə bağlı fikirlərinin dəyişmədiyini sözlərinə əlavə edib: “Fikrimi dəyişməmişəm, yerli və ya əcnəbi seçimi varsa, mən yerli məşqçi tərəfdarıyam. Düşnürəm ki, yerli mütəxəssis yığmaya xeyir verə bilər”.
Məhəmmədəliyev “Rəşad Sadıqovu bu posta ən ideal namizəd görürsünüz” sualına belə cavab verib: “Əlbəttə, bir dəfə bu barədə danışmışam. Yenə eyni düşüncədəyəm”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)