Dünya futbolu
“Şalke”dən Dadaşovsuz qələbə
Almaniyanın Qərb Regional Liqasında 30-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vattenşayd”la qarşılaşıb. Futbolçumuzun komandası bu matçdan qələbə ilə ayrılıb – 3:0.
Dadaşov bu görüşün iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək