Dünya futbolu
Santos rəsmən Polşa yığmasında

Portuqaliyalı məşqçi Fernando Santosun Polşa yığmasına rəhbərlik edəcəyi dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
68 yaşlı mütəxəssilə DÇ-2026-nın sonunadək müqavilə imzalanıb. Təcrübəli məşqçi yeni təyinatı açıqlandıqdan sonra ictimaiyyətə təqdim olunub.
Xatırladaq ki, Santos son 8 ildə Portuqaliya yığmasına rəhbərlik edirdi. O, sözügedən komandaya ilk Avropa çempionluğu (2016) və UEFA Millətlər Liqasının qalibi (2019) adını qazandırıb.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”