Dünya futbolu
Semih Kaya yenidən Super Liqada
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin sabiq üzvü Semih Kayanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu yay Praqa “Sparta”sı ilə müqaviləsinin müddəti bitən Semih azad agent kimi keçdiyi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
“Qalatasaray”ın yetirməsi olan, karyerasının böyük hissəsini də məhz İstanbul təmsilçisində keçirmiş 29 yaşlı müdafiəçi 2017-ci ildən “Sparta”nın uğurları üçün çalışırdı. O, 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a qayıtmışdı. Türkiyə millisində 23 oyun keçirmiş Kaya, “Qaziantepspor” və “Kartalspor”da da forma geyinib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-18 00:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə
- Ölkə futbolu2024-07-16 08:32
Kloze də Mahiri istəyir, əlcəzairlilər də: o isə “Qarabağ”a can atır