Dünya futbolu
Şeydayevin “Kocaelispor”da debüt tarixi – Sağlam açıqladı
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni transfer olunduğu “Kocalispor”da debütü bu həftə baş verə bilər.
Futbolinfo.az xəbər verir ki, bunu TFF I Liqa komandasının baş məşqçisi Ərtoğrul Sağlam açıqlayıb.
Təcrübəli mütəxəssis məhz Şeydayevin sayəsində hücum xəttində yaranan problemin həllini tapacağına inandığını söyləyib. Sağlam əlavə edib ki, 28 yaşlı forvard ölkə çempionatının XIX turunda “Eyüpspor”la görüşdə meydana çıxa bilər: “Ramil Şeydayevin də gəlişi sayəsində çatışmazlıqlarımızı böyük ölçüdə aradan qaldırdıq. Ümumiyyətlə, yeni transferlərimiz hazır vəziyyətdədirlər. Hansının həftəsonu komandamıza kömək edəcəyinə matç günü qərar verəcəyik”.
Qeyd edək ki, “Kocaelispor” – “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Dünya futbolu2024-04-17 16:41
Daha bir özbək İtaliyaya köçür