Dünya futbolu
Silva üçün iki italiyalı təklif olundu
PSJ-nin bu yay üçün əsas transfer hədəfi Bernardo Silvadır. Fransa klubu oyunçu ilə 2025-ci ilin yayına qədər müqaviləsi olan “Mançester Siti”ni razı salmaq üçün hər yola əl atır.
Futbolinfo.az xəbər verir ki, parslilər portuqaliyalı yarımmüdafiəçinin keçidi üçün 80 milyon avro xərcləməyə razıdır. Daha çox istəyən ingilislərə İtaliya millisinin üzvləri – Marko Verratti və Canluici Donnarummanı təklif edən PSJ müəyyən məbləğdə pul da ödəmək niyyətindədir.
“Şəhərlilər” 28 yaşlı oyunçu ilə bağlı qərarı yeni transferlərdən və İlkay Gündoğanın taleyinə aydınlıq gəldikdən sonra verəcək. Belə ki, Almaniya millisinin üzvünü düşərgədə saxlamaq istəyən mançesterlilər onu bitən müqaviləni yeniləməyə razı sala bilsə, Silva satılacaq.
İlkaya “1+1 il” şərti ilə yeni anlaşma təklif edilib. Gündoğan “Barselona”dan da üçillik müqavilə təklifi alıb. Eyni zamanda bir sıra ərəb klubları onu heyətində görmək istəyir.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Digər idman növləri2024-05-07 16:35
Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb