Dünya futbolu
Silvanın ÇL-də son matçı
Tyaqo Silva komandasının məğlubiyyətlərinə səbəb tapıb. “Çelsi”nin təcrübəli müdafiəçisi sıralnan uğursuz oyunlara görə özlərinin – futbolçuların günahkar olduğunu düşünür.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasında “Real”a növbəti məğlubiyyətdən sonra braziliyalı uğursuzluqlar barədə danışıb: “Hər kəs zəif nəticələrə görə baş məşqçi dəyişikliklərini səbəb göstərir. Lakin məncə, futbolçular məsuliyyətini dərk etməlidir. Bu mövsüm 3 məşqçi ilə uğur qazana bilməmişik. Frenk Lempardın gəlişi ilə də heç nə dəyişməyib. Demli, günah həm də oyunçulardadır, etimadı doğrultmuruq”.
38 yaşlı Silva bir daha ÇL-də oynamayacağını düşünür: “Çox pis mövsüm keçiririk. Çox güman ki, “Real”a 0:2 hesabıyla məğlubiyyət bu yarışda son oyunum idi, çünki gələn mövsüm ÇL-də oynaya bilməyəcəyik. Müqaviləmin bitməsinə bir il qalıb və karyeramın sonudur. Buna görə çox məyusam. Lakin mövsüm bitənə qədər mümkün qədər çox qələbə qazanmalıyıq. Futbolçular ayılmalı, toparlanmalıdır”.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var