Dünya futbolu
Simeonenin 100-cü oyunu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında bu postda 100-cü oyununu keçirdi. O, yubileyini dünən “Feyenoord”la matçda qeyd etdi.
Futbolinfo.az xəbər verir ki, yetirmələri yubiley matçında ona hədiyyə edə bildi. Niderlandda 3:1 hesabı ilə qalib gələn İspaniya təmsilçisi qitənin ən nüfuzlu turnirində 1/8 finala erkən vəsiqə qazandı.
Argentinalı mütəxəssis bu göstəriciyə çatan 3-cü mütəxəssisdir. Eyni klubla ÇL-də 100 oyunu daha öncə yalnız Aleks Ferqyuson (Mançester Yunayted) və Arsen Venger (Arsenal) görə bilib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)