Dünya futbolu
Soler Parisdə qalmaq istəyir
Karlos Soler PSJ-də qalacaq. İspan yarımmüdafiəçi bir müddət öncə oynamaq üçün kifayət qədər şans qazanmadığından Paris klubundan ayrılmaq istəyirdi. Lakin indi vəziyyət dəyişib.
Futbolinfo.az xəbər verir ki, Neymarın zədələnməsindən sonra məşqçilər Solerə daha çox güvənməyə başlayıb. Yarımmüdafiəçi ümidi doğruldur və baş məşqçi Kristof Qaltye onu qalmağa razı salıb. Futbolçu bu mütəxəssisin taktiki düşüncələrinə tam uyğun gəlir.
Lakin hər şeyə yayda aydınlıq gələcək. Qaltyenin özünün Fransa klubundakı taleyi qaranlıqdır. Yeni məşqçi Karlosa eyni şansı verməyə bilər.
Xatırladaq ki, 26 yaşlı oyunçu ötən yay PSJ-yə gəlib. Onun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq.