Ölkə futbolu
“Sumqayıt” kapitanıyla müqaviləni yenilədi
2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, Vurğun növbəti mövsümdə də “kimyaçılar”ın uğurları üçün çalışacaq.
2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan 1 dəfə qol vurmağa da nail olub.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı