Ölkə futbolu
“Sumqayıt” Tisdellə yollarını ayıracaq
Mövsümün son turlarında Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq “Sumqayıt” istəyinə çatsa, yayda heyətini yeniləyəcək. Futbolinfo.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov indidən növbəti mövsümün planlarını qurmağa başlayıb.
Təcrübəli mütəxəssis komandanı elitada saxlaya bilsə, ilk olaraq əcnəbi futbolçulardan yaxa qurtarmağa çalışacaq. Abasovun “qara siyahı”sındakı oyunçulardan biri artıq məlumdur. O, yarımmüdafiəçi Terrens Tisdeldən narazıdır.
Komandaya qış fasiləsində qoşulan liberiyalı futbolçu son vaxtlar heyətdəki yerini itirib. Buna səbəb onun məşqlərə məsuliyyətsiz yanaşmasıdır. 25 yaşlı futbolçu gah xəstələndiyini, gah zədəli olduğunu bəhanə edərək, məşqlərdən yayınır. Onun bu davranışlarından təngə gələn baş məşqçi mövsümün sonunda yola salınmasını istəyəcək.
Ancaq Tisdelin gələn ilin yayına qədər müqaviləsinin olması rəhbərliyi çətin duruma salacaq. Çünki “Sumqayıt” liberiyalını göndərmək üçün təzminat ödəməli olacaq. Qeyd edək ki, Terrens bu mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda 1 qol vurub.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”