Bizi izləyin

Ölkə futbolu

“Sumqayıt”la “Səbail”in gələcək üçün planı yoxdur: digər 3 klub isə Divizionda da yaşayacaq

blank
blank

Misli Premyer Liqasında mövsümün həlledici mərhələsi başlayıb. Sona cəmi 6 tur qalıb və bütün suallara ayyarım ərzində aydınlıq gələcək.

Mövsümün bütün mükafatçıları indidən bəllidir. “Qarabağ”ın çempion olmaması üçün möcüzəyə ehtiyac var, “Sabah”la “Neftçi” arasında mübarizə isə əsasən kimin hansı medala sahib olacağı ilə bağlıdır. Digər əsas sual ölkə kubokuna kimi yiyələnəcəyi və avrokuboka 4-cü vəsiqəni kimin qazanacağıdır.

Lakin əsas mübarizə Premyer Liqada qalmaqla bağlı olacaq. Son 6 turda 5 komanda sonuncu olmamaq üçün çalışacaq. Onlardan üçünün vəziyyəti daha qəlizdir.

AFFA rəhbərliyinin son açıqlamalarından bəlli oldu ki, 10-cu yeri tutan mütləq I Diviziona düşəcək. İllərdir idman prinsipinə əhəmiyyət verməyən qurum öz qanunlarına əməl etməyə başlamaqla mübarizəyə də rəng qatıb. Təsəvvür edin, yenə heç kimin elitanı tərk etməyəcəyi bəlli olsaydı, indiki həyəcan da olmazdı. Həm yuxarı sıralarda, həm də autsayderlər qrupunda amansız rəqabət olanda isə çempionat daha çox diqqət çəkərdi.

Aşağı dəstədə lider olan “Araz Naxçıvan” elitaya gəlməyə hazırdır və kimisə əvəz etməlidir. Əvvəlki illərdə Divizionda tələblərə cavab verən yox idisə, indi bu problem həll olunub və sonuncu olanın saxlanması üçün bəhanə qalmayıb.

Bəs, 5 namizəd gələcəyi ilə bağlı nə düşünür? Misli Premyer Liqasında sonuncu olan komanda gələcək taleyi ilə bağlı planlar qurubmu? Bəd ssenaridə kim nə addım atacaq?

Elitada qalmağı hələ də təmin etməyən “Turan Tovuz”, “Kəpəz”, “Sumqayıt”, “Şamaxı” və “Səbail” rəsmilərinə eyni sualla müraciət etdik: “Komandanız Premyer Liqada sonunca yeri tutarsa, hansı addımlar atacağınızı müəyyənləşdirmisizmi? Komanda I Divizionda oynayacaqmı?”

Nadir Nəbiyev (“Turan Tovuz”un idman direktoru): “Mövsümün əvvəllindən başlıca məqsədimiz Premyer Liqada yerimizi qorumaq olub. Mərhələ-mərhələ həyata keçirməyi planlaşdırdığımız böyük layihələrimiz var. Peşəkarlıq yolunda addım-addım irəliləməliyik. Bəzilərinin icrasına artıq başlamışıq. Elektron tablo istifadəyə verilib. Keyfiyətli görüntü üçün çəkiliş meydançasını qarşı tribunaya keçirəcəyik, projektorların qurulması yönündə də müəyyən addımlar atılıb. Qeyd etdiyim kimi, məqsədimiz bu mövsüm Premyer Liqada yerimizi qoruyub, növbəti mövsümə daha iddialı başlamaqdır. Ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə uğurlu nəticələr əldə edib Premyer Liqada yerimizi qoruyacağıq. Elitanı tərk etsək belə, layihələrimizi tam həyata keçirəcəyik”.

İlqar Nadiri (“Kəpəz”in icraçı direktoru): “Təbii ki, bütün klublar kimi biz də komandamızın Premyer Liqadan düşməsini arzulamırıq. Düzdür, hələ bu, dəqiqləşməyib, lakin hadisələrin gedişi göstərir ki, “Kəpəz” elitada qalacaq. Amma komanda sonuncu pilləyə düşərsə, idman prinsiplərinə əməl edilməlidir. “Kəpəz”in aşağı divizionda oynamaq təcrübəsi var, bir neçə dəfə Premyer Liqanı tərk edib. Lakin bu barədə düşünmədiyimizdən hər hansı planlama aparmırıq. Olarsa, yeni strategiya hazırlayıb komandanın növbəti dəfə Premyer Liqaya çıxması üçün planlar qurulacaq. Komandanın Diviziona düşməsi həm uşaq komandalarımız, həm də əsas komanda baxımından Gəncə futboluna böyük zərbə olar. Ona görə də bunun baş verməməsi üçün çalışırıq”.

Faiq Hacı-Məhərrəmov (“Sumqayıt”ın idman direktoru): “Hazırda bütün diqqətimizi Premyer Liqanın növbəti turlarında baş tutacaq oyunlara ayırmışıq. Liqada sonuncu olmaq ağlımızdan belə keçmir.Əsas hədəfimiz mövsümün sonunda turnir cədvəlini maksimum yuxarı pillələrdə bitirməkdir”.

Elçin Usub (“Şamaxı”nın İdarə Heyətinin sədri): “Komandamız 2022-ci ilin iyul ayından etibarən Şamaxı rayonunda məskunlaşmışdır. “Şamaxı “ Futbol Klubu bu mövsümün əvvəlində yeni strategiya müəyyən edərək yerli oyunçuların üzə çıxarılıb inkişaf etdirilməsi və onların ölkə futboluna qazandırılması  istiqamətində çalışmağa başlamışdır. Bu səbəbdən heyət yalnız gənc və təcrübəli yerli oyunçulardan formalaşdırılmış, komandanın qarşısında Misli Premyer Liqasında yerini qorumaq və turnir cədvəlində sonuncu olmamaq hədəfi qoyulmuşdur. Komanda daxilində olan məqsədyönlü inkişaf planı və əzmkarlıq hesabına mövsümün sonuna 6 tur qalmış komandamız 9-cu yerdə qərarlaşmışdır ki, bu da bizim hədəfdən yayınmamağımızın göstəricisidir. Son 6 turda inanırıq ki, bizə lazım olan nəticəni qazanacağıq və Premyer Liqada yerimizi qoruyacağıq. Amma I Diviziona düşəcəyimiz təqdirdə yenə də öz strategiyamızdan əl çəkməyəcəyik. Gənc və perspektivli oyunçularla çıxışımıza davam edəcəyik. Geridə qalan müddətdə Şamaxı şəhərində öz infrastrukturumuzu müəyyən səviyyədə qurmuşuq və getdikcə bu infrastrukturu təkmilləşdirəcəyik. I Diviziona düşəcəyimiz təqdirdə heyətdə olan gənc oyunçularla yolumuza davam edəcəyik və bir mövsümdən sonra yenidən Premyer Liqaya qayıtmaq üçün mübarizə aparacağıq. Bizim klubun strategiyası hamıya məlumdur”.

Fərəc Əliyev (“Səbail”in icraçı direktoru): “İlk əvvəl onu deyə bilərik ki, biz ümumiyyətlə sonuncu olmaq barədə fikirləşmirik. Növbəti oyunlarda Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. Ümumiyyətlə, vəziyyət elədir ki, həm Premyer Liqada, həm də kubokda mübarizə aparırıq və hər iki cəbhədə sonadək mübarizəmizi davam etdirəcəyik. Komandanın sonuncu ola biləcəyi və Diviziona düşəcəyi gələcəyə bağlı məsələ olduğu üçün əvvəlcədən proqnoz vermək düzgün olmaz”.

Göründüyü kimi, “Turan Tovuz”, “Kəpəz” və “Şamaxı” Divizionda da oynamağa hazırdır. Belə olacağı halda klublar çıxışını dayandırmayacaq. “Sumqayıt”la “Səbail” isə yalnız ümid edir. Ümid edirlər ki, Premyer Liqada qalacaqlar və bəd sonluğu düşünmürlər. Onlardan hansısa sonuncu olsa…

AĞA

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-14 10:17

Bu gün mövsümün qalbləri bəlli olacaq

blank
Digər2024-05-14 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-14 09:45

Mbappe: “PSJ-dən başıuca ayrılıram”

blank
Premyer-liqa2024-05-14 09:28

Premyer Liqanın 35-ci turu rəqəmlərin gözü ilə

blank
Layihə2024-05-14 09:10

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Digər idman növləri2024-05-14 08:51

“Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”

blank
Digər2024-05-14 08:34

MOK-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüş olub

blank
Dünya futbolu2024-05-14 08:17

Kanadalılar da Kuntsu istəmədi

blank
Ölkə futbolu2024-05-14 08:00

İcraiyyə Komitəsinin gözlənilən qərarları

blank
Dünya futbolu2024-05-14 01:19

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-14 01:08

“Liverpul” 3 qol vurdu, 1 xalla kifayətləndi

blank
Dünya futbolu2024-05-14 00:50

“Fiorentina”dan çətin qələbə

blank
Ölkə futbolu2024-05-13 23:47

AFFA legioner limitinin nə vaxt dəyişəyəcəyini açıqladı

blank
Dünya futbolu2024-05-13 23:25

Aziz Yıldırım “Fənərbaxça”da prezidentliyə namizəd oldu

blank
Dünya futbolu2024-05-13 22:34

Avrokuboklarda final oyunlarını idarə edəcək hakimlər açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:37

Türkiyə kubokunda final matçının stadionu açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:27

“Nyukasl” kimi qurban verəcək?

blank
Digər idman növləri2024-05-13 21:00

Gənc boksçular Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

blank
Digər idman növləri2024-05-13 20:40

Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

blank
Əvəzedicilər2024-05-13 20:30

“Qarabağ-2” səfərdə qalib gəldi

blank
Ölkə futbolu2024-05-13 20:17

Qurban Qurbanov: “Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil”

blank
Ölkə futbolu2024-05-13 20:14

Adıgözəlov İK-nın iclasında qəbul olunan qərarlardan danışdı

blank
Dünya futbolu2024-05-13 20:00

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-13 19:45

Mariya Stadnikin atası vəfat edib

blank
Ölkə futbolu2024-05-13 19:32

Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”

blank
Digər idman növləri2024-05-13 19:15

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

blank
Dünya futbolu2024-05-13 19:01

“Real” veteranları arasında seçim edir

blank
Dünya futbolu2024-05-13 18:44

“Mançester Yunayted”dən antirekord

blank
Digər idman növləri2024-05-13 18:30

IWF prezidenti Bakıda ağırlıqqaldırma infrastrukturu ilə tanış olub

blank
Dünya futbolu2024-05-13 18:15

Dadaşov vurduğu qələbə qolunu Hataya həsr etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm