Dünya futbolu
Super Liqa klubu baş məşqçisiz qaldı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Kemal Özdeş istefa verib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis ötən gün “Konyaspor”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra vəzifəsindən ayrılıb.
2016-cı ildə də İstanbul təmsilçisinə rəhbərlik etmiş Kemal Özdeş cari ilin aprelində yenidən komandaya qayıtmışdı.
Sözügedən komanda hazırda Super Liqanın turnir cədvəlində 18 xalla 8-ci pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)