Dünya futbolu
Super Liqa klubu baş məşqçini açıqlamasına görə qovdu
Türkiyənin “Ankaragücü” komandasının baş məşqçisi Mustafa Reşit Akçay istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun prezidenti Fatih Mert məlumat verib.
O, baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini söyləyib. Klub prezidenti Akçayın verdiyi açıqlamaya görə göndərildiyini bildirib.
Qeyd edək ki, Mustafa Reşit Akçay daha öncə sabiq komandası “Trabzonspor”un çempion olmasını istədiyi söyləyib. “Ankaragücü” növbəti həftə Türkiyə Super Liqasında səfərdə “Trabzonspor”un qonağı olacaq.
Bu, Ankara klubunda cari mövsümdə 3-cü baş məşqçi istefasıdı. Klub daha öncə Metin Diyadin və Mustafa Kaplanla da yollarını ayırmışdı. Akçayın rəhbərliyi altında 9 oyuna çıxan, 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda 24 xalla sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-06-15 18:15
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-14 12:35
“Sabah” daha bir legioneri yola salır
- Milli komanda2024-06-14 11:30
Leandro Andrade: “Rəğbət bəslədiyim milliyə rəğbət bəslədiyim məşqçi təyin olunub”
- Ölkə futbolu2024-06-14 19:10
Musa Qurbanlı “Qarabağ”a qayıtdı – Rəsmi