Dünya futbolu
Super Liqaya vəsiqə qazanan ilk klub
Türkiyənin “Samsunspor” komandası uzun fasilədən sonra yenidən Super Liqaya vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 1-ci liqada mövsümün başa çatmasına 6 tur qalmış elitaya vəsiqəni təmin edib.
Buna liderin əsas izləyicisi olan “Eyüpspor”un doğma meydanda “Gənclərbirliyi”nə 0:2 hesabıyla uduzması şərait yaradıb.
Qaradəniz təmsilçisi cari mövsümdə keçirdiyi 31 oyunda 19 qələbə qazanıb, 9 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. 20 oyunluq məğlubiyyətsiz seriyaya malik komandada 66 xalla vahid liderdir.
Xatırladaq ki, “Samsunspor” sonuncu dəfə 2011/12 mövsümündə Super Liqada mübarizə aparıb. Bir sözlə, bu komanda 11 illik fasilədən sonra yenidən Super Liqada çıxış edəcək.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları