Ölkə futbolu
Tələbə Futbol Federasiyası İctimai Birliyinin növbəti iclası keçirilib
Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, ATFF-nin prezidenti Firudin Qurbanov tələbə futbolunun 2023-cü il mövsümünün yekunlarına dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib, federasiyanın 2021/2025-ci illər İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.
Daha sonra ATFF-nin icraçı direktoru Elnur Abdullayev 2023-cü il ərzindəki fəaliyyət haqqında federasiyanın hesabatını təqdim edib. Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.
İclasda gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”